15 Oktyabr 2019 17:55
532
DÜNYA
A- A+

Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi

Türkiyənin adı Ankaranın Suriyada başladığı hərbi əməliyyatla əlaqədar ABŞ-da yaradılmış sanksiya siyahısına daxil edilmişdir. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat vermişdir.

Sanksiyalar Türkiyənin Müdafiə və Energetika nazirliklərinə, həm də Müdafiə və Energetika nazirləri Hulusi Akar və Fatih Dönməzə, habelə Daxili İşlər naziri Süleyman Soyluya qarşı tətbiq edilmişdir.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin qeyd etmişdir ki, Birləşmiş Ştatlar regionda zorakılığın artmasına, habelə günahsız mülki şəxslərin təhlükəyə məruz qalmasına və sabitliyin pozulmasına görə məsuliyyəti Türkiyə hökumətinin üzərinə qoyur.

Təxirəsalınmaz tədbirlər kimi ABŞ Türkiyə poladına tətbiq olıunan rüsumu 50 faizə qaldıracaq, həmçinin Ankara ilə 100 milyard dollar məbləğində ticarət sövdələşməsi barədə danışıqlar aparmaqdan imtina edəcək.

Bu arada Ağ evin başçısı Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ondan hərbi əməliyyatı dayandırmağı tələb etmişdir. Bu barədə vitse-prezident Mayk Pens məlumat vermişdir. Pensin dediyinə görə, Vaşinqton Suriyaya müdaxilə üçün Türkiyəyə "yaşıl işıq” yandırmamışdır və ABŞ hakimiyyət orqanları bundan sonra da Ankaranın hərəkətlərinə göz yummayacaq. O əlavə etmişdir ki, Trampın tapşırığı ilə şəxsən Yaxın Şərqə getməyi planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video