Alternative content

03:45 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
ANA SƏHİFƏ / PARLAMENT
17:47 15.10.2019

Oktyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitə sədri ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açdı. Qeyd etdi ki, strateji əhəmiyyət daşıyan Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir. Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu münasibətlərin dərinləşməsi istiqamətində var gücü ilə çalışır.

Səməd Seyidov Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğunu bildirdi. O, müstəqillik dövründə əldə edilmiş siyasi-iqtisadi uğurlar və demokratik institutların bərqərar olması, həmçinin Ermənistanın təcavüzü nəticəsində qarşılaşdığımız Dağlıq Qarabağ problemi barədə qonaqlara ətraflı məlumat verdi, beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini dəstəklədiklərinə görə İtaliya Senatına minnətdarlıq bildirdi.

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli Azərbaycana dəfələrlə gəldiyini, lakin bu vəzifədə ilk dəfə səfər etdiyini bildirdi. O, ölkəmiz barədə ətraflı məlumata malik olduğunu qeyd etdi, əlaqələrin daha da dərinləşməsi üçün bütün imkanlarından istifadə edəcəyini söylədi. Həm Azərbaycanın, həm də İtaliyanın yerləşdikləri bölgələrdə böyük geosiyasi əhəmiyyətə malik olduqlarını vurğuladı. Azərbaycanda 1918-ci ildə, İtaliyada isə 1946-cı ildə qadınlara seçki hüququ verildiyini nümunə gətirərək əməkdaşlığı genişləndirməyin qarşılıqlı faydalı olacağını diqqətə çatdırdı. Vito Petroçelli hərtərəfli əməkdaşlığın inkişafı üçün müxtəlif səviyyələrdə ikitərəfli görüşlərin təşkilinin çox böyük töhfələr verəcəyinə əminlik ifadə etdi.

Söhbət zamanı İtaliya Senatı nümayəndə heyətinin başçısı bir daha nəzərə çatdırdı ki, ölkəsi Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Görüşdə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə, digər rəsmi şəxslər iştirak edirdilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM