15 Oktyabr 2019 17:40
683
SİYASƏT
A- A+

Müdafiə naziri HHQ-nin yeni radiolokasiya stansiyasının idarəetmə məntəqəsinin açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ölkənin hava məkanına nəzarətin gücləndirilməsi və hava hədəflərinin vaxtında aşkar edilməsi üçün nəzərdə tutulmuş HHQ-nin ən müasir çoxməqsədli radiolokasiya stansiyasının (RLS) idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.

RLS-in idarəetmə məntəqəsində quraşdırılan müasir avadanlıq və texniki vasitələrin taktiki-texniki xassələri ilə maraqlanan Müdafiə nazirinə məruzə edilib ki, burada yaradılan infrastruktur döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb. RLS həm stasionar, həm də taktiki şəraitdən asılı olaraq mobil qaydada istifadə edilə bilər. İspaniya istehsalı olan və NATO standartlarına cavab verən bu RLS Alyans ölkələrinin ordularının silahlanmasında da yer alıb.

RLS-in texniki imkanlarının nümayişi zamanı bildirilib ki, radiolokasiya vasitələri təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlər kimi aerodinamik hava obyektlərinin aşkarlanması, uçuş parametrlərinin təyin olunması və müşayiətə götürülməsini təmin edir.

Sonra Müdafiə naziri müvafiq infrastrukturla təmin edilmiş ərazidə yerləşən qərargah, əsgər yataqxanası, yeməkxana, əşya anbarı, tibb məntəqəsi, camaşırxana, qazanxana, xidməti və inzibati otaqlar, eləcə də digər qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, burada yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında duran vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video