15 Oktyabr 2019 15:49
966
Təhsil
A- A+

Ceyhun Bayramov: Təhsilalanların müasir səriştələrə yiyələnməsinin təmin edilməsi əsas vəzifələrdən biridir

Ölkəmizin sosial-iqtisadi inkişafında prioritet istiqamətlərdən biri modernləşdirilmə və qabaqcıl beynəlxalq təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Qloballaşma şəraitində Dünya Dəyər Zəncirində iştirak, dünya iqtisadiyyatına inteqrasiya vasitəsilə ölkəmizdə insan kapitalının inkişafı, təhsilalanların müasir səriştələrə yiyələnməsinin təmin edilməsi milli təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən "Sənaye–peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir.

"Dünya İqtisadi Forumunun təqdim etdiyi Qlobal Rəqabətlilik Hesabatının 2018 və 2019-cu illər üzrə müqayisəli təhlili göstərir ki, Azərbaycan ümumilikdə 11 pillə irəliləyərək 69-cu yerdən 58-ci yerə yüksəlib. Hesabatın tərkib hissəsi olan "Bacarıqlar” kateqoriyası üzrə isə Azərbaycan öz mövqeyini 6 pillə yaxşılaşdıraraq 48-ci pillədə qərarlaşıb. Bu müsbət dinamikanın əldə olunmasında peşə hazırlığının səmərəliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması kimi amillər, ən başlıcası isə ölkə rəhbərinin peşə təhsilinin inkişafına böyük diqqəti, bu sahədə qəbul etdiyi əhəmiyyətli qərarlar mühüm rol oynayıb”, - deyə Təhsil naziri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video