Alternative content

09:48 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kuhner Fondunun üzvlərinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Kuhner Fondunun üzvlərinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
ANA SƏHİFƏ / SİYASƏT
12:30 15.10.2019

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Kuhner Fondu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, bu Fondun rəhbəri Laura Kuhnerin (İsveçrə), eləcə də üzvləri Tim Bürginin (Almaniya) və Qifti Dvamenanın (İsveçrə) adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məktubda Kuhner Fondu Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir. Həmçinin müraciətdə Fondun üzvlərinin etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

Kuhner Fondunun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM