Alternative content

04:12 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır
Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır
ANA SƏHİFƏ / Təhsil
12:24 15.10.2019

Son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev peşə təhsilinin inkişafına xüsusi diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, bu fikri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən "Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Yol xəritəsində işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

Təhsil naziri diqqətə çatdırıb ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.

Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılıb. Mərkəzdə təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin yaradılması böyük əhəmiyyət daşıyır. Əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin fəaliyyəti önəmlidir.

Təhsil naziri qeyd edib ki, Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili ilə tələbələrin sayı 1000 nəfərə çatdırılacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM