Alternative content

21:38 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hər bir azərbaycanlının Prezidenti
Hər bir azərbaycanlının Prezidenti
ANA SƏHİFƏ / SİYASƏT
01:37 15.10.2019


"Qarabağ Azərbaycandır!” çağırışı milyonları İlham Əliyev siyasi kursu ətrafında daha sıx səfərbər edir


Təqvimdəki istənilən günə dəyər qazandıran onun hansısa əhəmiyyətli tarixi hadisəyə bələdçilik etməsidir. Azərbaycanın mühüm hadisələrlə zəngin tarixində belə günlərin sayı çoxdur. İstisnasız olaraq 15 oktyabr da bu günlərdəndir.

16 il əvvəl - 2003-cü ilin 15 oktyabrında Azərbaycanın milli dövlətçilik tarixində yeni bir başlanğıcın əsası qoyuldu. Azərbaycan xalqı həmin gün öz müdrikliyini, bəsirət gözünün açıqlığını, gələcəyə aydın nəzərlərlə baxa bilmə bacarığını, ən mühümü isə dövlətçilik dəyərlərinə sadiqliyini və qədirbilənliyini növbəti dəfə sübuta yetirdi.

16 il əvvəlin 15 oktyabr günü Azərbaycan xalqı tarix boyu yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyevin dövlətçilik yolunun davamına, inkişaf siyasətinə, sabitliyə, əmin-amanlığa dəstək oldu. Xalqımız bu yolun layiqli davamçısı, Heydər Əliyevin öz həyat və siyasət məktəbində kamil şəxsiyyət, parlaq lider kimi yetirdiyi İlham Əliyevi Azərbaycan dövlətinin rəhbəri seçdi. Növbəti illərdə Azərbaycanın taleyini onun əmin əllərinə etibar etdi.

16 il əvvələ qısaca tarixi ekskurs etsək, bu ümumxalq qərarının əslində nə qədər çətin, mürəkkəb şərtlər altında verildiyini görərik. Ölkə növbəti prezident seçkisi ərəfəsində idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı ağır təhlükələrdən xilas etmiş, aydın inkişaf yoluna çıxarmışdı. Cəmiyyətdə ictimai-siyasi sabitlik təmin olunmuş, dünyaya inteqrasiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, ifadə azadlığının qorunması və s. bu kimi istiqamətlərdə böyük nailiyyətlər əldə edilmişdi. Özəl mülkiyyət münasibətlərinin, azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması vətəndaşların öz həyatlarını arzularına uyğun qura bilmələrinə imkan yaradırdı. Uğurlu neft strategiyasının icrasına paralel olaraq ölkə həyatının müxtəlif sahələrinə yatırılan xarici və yerli investisiyalar iqtisadi dinamikanı getdikcə gücləndirir, hər kəs bu inkişafı öz gündəlik həyat və məişətində hiss edə bilirdi. Heydər Əliyevin bir lider kimi böyüklüyü, qonşularla, dünyanın nəhəng gücləri ilə münasibətləri yüksək məharətlə qura bilməsi Azərbaycanı təhdidlərdən qoruyurdu.

İnsanlar bu günlərin beləcə davam etməsini, tarixin yeni anlarının da məhz Heydər Əliyevlə birgə, onun rəhbərliyi altında yazılmasını çox arzu edirdilər. Amma hər kəs fərqində idi ki, Tanrının bütün insanlara, o cümlədən Heydər Əliyevə də əta etdiyi bəlli bir ömür payı var. Ulu Öndərdən sonra Azərbaycanın gələcək taleyinə görə məsuliyyəti kimsə üzərinə götürməli idi. İnsanlar bu adı Ulu Öndərdən duymağı çox istəyirdilər. Bilirdilər ki, Heydər Əliyev hər zaman olduğu kimi, bu məsələdə də öz yanaşmaları, mövqeyi ilə xalqı yanıltmayacaq. Cəmiyyətə öz hədəflərinə doğru addımlamaqdan ötrü yolun ən düzgününü göstərəcək.

Heydər Əliyevin fəal siyasətdən kənarlaşdırıldığı 1980-ci illərin sonlarında xalqımızın başına olmazın bəlalar açmış, Dağlıq Qarabağ düyününü yaratmış məkrli qüvvələr Ulu Öndərin yaşını nəzərə alaraq Azərbaycanı qarışdırmaq üçün yenə fürsət gözləyirdilər. Hakimiyyətə gəlməkdən ötrü şeytanla belə əməkdaşlığa hazır olan kəslərin əli ilə cəmiyyətdə süni gərginlik yaradır, yeni faciələr üçün zəmin hazırlayırdılar. Azərbaycanın 1990-cı illərin əvvəllərinin qan-qada, barıt qoxulu günlərinə qayıtması təhlükəsi çox real idi.

Ölkənin gələcək taleyi ilə bağlı o həlledici günlərdə Heydər Əliyev onun sözünü gözləyən insanları intizarda saxlamadı: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram”. Heydər Əliyevin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində belə deyilirdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Zaman, tarix bu çağırışın, bu ümidin hər məqamını sübuta yetirdi. Cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabr günü ölkənin taleyini ona etibar etmiş milyonlarla insanla çiyin-çiyinə, ürək-ürəyə Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Hətta 16 il əvvəl İlham Əliyevin ölkəyə rəhbərliyi ilə bağlı tərəddüdlərə qapılanlar, bəd gümanlara düşənlər belə onun müəllifliyi ilə yaradılan tarixin möhtəşəmliyini gördükcə vaxtilə nə qədər yanıldıqlarını da anladılar, obyektivlik hissinə əsaslanıb sonradan bunu etiraf edənlər də oldu. Cənab İlham Əliyev, ilk andiçmə mərasimində də bəyan etdiyi kimi, kimliyindən, dünyanın hansı səmtində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Bütün azərbaycanlılar üçün gündən-günə inkişaf edən, dünyada nüfuzu artan, insanlarının güzəranı, həyatı yaxşılaşıb asanlaşan, ordusu qüdrətlənən, sözü ötkünləşən, güclü Azərbaycan yaratdı.

Cənab İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də keçirilmiş XVI illik iclasının plenar sessiyasında bu gücü, bu ötkəmliyi, qətiyyəti növbəti dəfə nümayiş etdirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın cəfəng fikirlərinə cavab olaraq səsləndirdiyi "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida” bəyanatı ilə bir daha göstərdi ki, Azərbaycan öz haqq mövqeyindən heç zaman geri çəkilməyəcək.

Çünki Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı haqq mövqeyinin gec-tez qalib gəlməsi də Heydər Əliyevin ən böyük arzularından biri, Azərbaycan xalqının milli hədəfidir. İlham Əliyev vətənin gələcəyi ilə bağlı arzuları, hədəfləri hər bir azərbaycanlı üçün reallığa çevirir. "Qarabağ Azərbaycandır!” çağırışı milyonları İlham Əliyev siyasi kursu ətrafında daha sıx səfərbər edib.

16 oktyabr çin çıxan bu arzuların tarixidir...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

YAP Xətai rayon təşkilatının sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM