Alternative content

21:37 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanı ucaldan lider
Azərbaycanı ucaldan lider
ANA SƏHİFƏ / SİYASƏT
01:36 15.10.2019


Tarix sübut edir ki, dövlətin inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən asılıdır. Bu, keçmişdə də belə olub, indi də belədir. Hər bir güclü dövlətin timsalında bu amil özünü daim göstərib.

Müasir Azərbaycan dövlətinin 1993-cü ildən sonra yazılan tarixi də deyilənlərin aydın təsdiqidir. Dahi və uzaqgörən dövlət rəhbəri kimi məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün adı dünyanın ən nüfuzlu liderləri ilə bir sırada çəkilən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.

16 ilin nailiyyətləri sübut edir ki, Ulu Öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu dövr ərzində Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir.

Bəli, 16 ildə Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf etmiş, şəhər və kəndləri, qəsəbələri intibah dövrünə qədəm qoymuşdur. Respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkəmizdə həyata keçirilən sosial infrastruktur layihələri də insanların firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. İqtisadi uğurları isə hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər. Qazandığımız bütün bu uğurlar Heydər Əliyevin siyasətinin və ideyalarının davam etdirilməsinin və yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsidir. Bu mənada Azərbaycanın keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti, ideyaları yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir.

Qazanılan nailiyyətlər sırasında diqqətçəkən əsas məqamlardan biri də Azərbaycanın bölgələrinin inkişaf etməsidir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yaxşılaşıb. Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılıb. Bu sırada Milli Məclisdə təmsil etdiyim Ağdaş rayonunda görülən işlər də təqdirəlayiqdir. Ötən illərdə Ağdaş rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Ölkənin hər yerində yaşanan yüksəliş Ağdaşın simasında aydın müşahidə olunur.

Onu da qeyd edim ki, dövlətin inkişaf səviyyəsini, nüfuzunu, dünyada qazandığı etimadı və digər bu kimi əsas xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər ölkə dünya birliyinin bir subyekti olaraq hər şeydən öncə özünün milli maraqlarına cavab verən müstəqil siyasət həyata keçirmək istəyir. Bu mənada Prezident İlham Əliyev lider qətiyyəti ilə tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yeridir. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Bu gün regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət edir.

Bəli, uğurla reallaşan bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşmaqla yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri də daha yaxından öyrənir. Çünki bu siyasət bütün dünyada Ermənistanın işğalçı siyasətini sürətlə ifşa edir, erməni yalanlarının yayılmasının qarşısını kəsir. Bunu "Valday” Beynəlxalq Diskussiya Klubunun və MDB Dövlət Başçıları Şurasının iclasları da təsdiq etdi. Rusiyanın Soçi şəhərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclası, eləcə də Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın maraqlarını qətiyyətlə, uzaqgörənliklə qoruyur. Bu iclasların hər biri Ermənistanın və onun rəhbərliyinin küncə sıxışdırılması ilə nəticələndi. Cənab İlham Əliyev yüksək diplomatik peşəkarlıqla beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın işğalçılıq siyasətini və faşist ideologiyasını ifşa etdi. Təsadüfi deyil ki, bu hadisələr Ermənistanın özündə siyasi-diplomatik məğlubiyyət kimi dəyərləndirilir.

Bütövlükdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər, onun sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin keçdiyi möhtəşəm inkişaf yolunun ayrı-ayrı nümunələridir. Bu inkişaf təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

Cavid OSMANOV,

Milli Məclisin deputatı,

YAP Ağdaş rayon təşkilatının sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM