Alternative content

12:56 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanı iflasa uğradan siyasət
Ermənistanı iflasa uğradan siyasət
ANA SƏHİFƏ / SİYASƏT
01:35 15.10.2019


Bu günlərdə Azərbaycanın hər bir guşəsində olduğu kimi, Tərtər rayonunda da əhali arasında xüsusi bir canlanma, yüksək əhvali-ruhiyyə hökm sürür.

Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyasında çıxışı zamanı dediyi "Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri hər birimizin ürəyində əks-səda doğurdu. Azərbaycan Prezidentinin mötəbər bir məclisdə, dünyanın bir sıra məşhur siyasətçiləri qarşısında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi bu tutarlı cavab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Azərbaycan hökumətinin, xalqımızın mövqeyinin dəyişməz olduğunu bir daha hamıya bəyan etdi.

Əslində, Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə” deməklə özü özünü ifşa etmişdir. Ona görə ki, indi ötən əsrin 90-cı illəri deyil, o zaman Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı və dünya birliyi bir çox həqiqətlərdən xəbərsiz idi. İndi isə Qarabağ tarixinin bütün məqamlarını təbliğ etmək üçün bizim geniş imkanlarımız var. Tərtərli kimi, mən yalnız bir faktı xatırlatmaq istəyirəm: rayonumuzun Şıxarx qəsəbəsində ermənilərin Qarabağa köçürülməsi tarixini əbədiləşdirmək üçün onların özləri tərəfindən "Marağa-150” abidəsi ucaldılmış və burada həmin tarix göstərilmişdir. Ötən əsrin 80-ci illərinin sonunda, ermənilərin azərbaycanlılara qarşı növbəti torpaq iddiaları başlayanda onlar necə böyük "səhv”ə yol verdiklərini başa düşərək, həmin abidəni elə özləri dağıtmışdılar. Bu yaxınlarda həmin abidə erməni saxtakarlığının qarşısını almaq üçün bərpa edilmişdir. İndi dünyanın bir çox ölkələrindən rayonumuza gələn qonaqlar gedib həmin abidə ilə tanış olurlar. "Qarabağ Ermənistandır” deyən Nikol Paşinyan Qarabağdakı bu əyani sübutu unutmamalıdır.

Möhtərəm Prezidentin Soçidə mötəbər beynəlxalq tədbirdəki çıxışı, bu çıxışın alqışlarla qarşılanması qəlbimizi qürurlandırdı. Bu alqışlarla məşhur siyasətçilər Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini nümayiş etdirdilər. Bu həm də onu göstərir ki, artıq erməni yalanları ifşa olunub. Biz əminik ki, tezliklə bir milyondan artıq qaçqın və məcburi köçkünümüz öz dədə-baba torpaqlarına qayıdacaq.

Möhtərəm Prezidentin çağırışı ilə bu müqəddəs amal uğrunda mübarizəyə hər an hazırıq. Biz bunu Aprel hadisələri zamanı da sübut etdik. Həmin unudulmaz günlərdə ordu ilə bərabər bütün xalq ayağa qalxmışdı və hər kəs cəbhəyə getmək arzusunda idi. Əlbəttə, heç bir qələbə qurbansız qazanılmır. Aprel döyüşlərində də şəhidlər verdik, yaralılarımız oldu. Bununla yanaşı, beynəlxalq ictimaiyyət ordumuzun gücünü, insanlarımızın birliyini, torpaq uğrunda mübarizəyə hazır olmaq əzmimizi gördü və bütün bunlara heyran qaldı.

"Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasında aparılan müzakirələri izləyərkən bir məsələ də diqqətimizi çəkdi. Rusiya kimi güclü bir dövlət Azərbaycanı mühüm strateji tərəfdaş kimi qəbul edir və bu iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq uğurla davam etdirilir.

Bütün bunlar isə müharibə şəraitində yaşayan Azərbaycanın gündən-günə inkişaf etməsinin nəticəsidir. Hazırda ölkəmizdə elə bir sahə yoxdur ki, orada uğur, irəliləyiş müşahidə edilməsin. Götürək elə pambıqçılığı. Cəmi bir neçə il əvvəl tamamilə gəlirsiz hesab edilən kənd təsərrüfatının bu mühüm sahəsi görün indi ölkəmizə, onun vətəndaşlarına nə qədər xeyir gətirir! Vaxtilə Tərtərdə işsizlik ən böyük problemlərdən biri idi. Pambıqçılığın inkişafı ilə yüzlərlə insan özünə iş tapdı, qazanc əldə etməyə başladı.

İqtisadiyyatımızın inkişafı ilə yanaşı, şəhərimizdə aparılan tikinti-quruculuq işləri də vətəndaşların ürəyincədir. Tarix-diyarşünaslıq muzeyi, şahmat məktəbi gənc nəslin hərtərəfli inkişafında mühüm rol oynayır. Rayon sakinləri olimpiya kompleksinin, Dövlət Rəmzləri Muzeyinin tikintisinin başa çatmasını səbirsizliklə gözləyirlər.

Bu gün nəvəm məktəbdən gəlib sevinc hissi ilə mənə dedi: "Nənə, biz tarix dərsinə "Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə başladıq”.

Bu onu göstərir ki, ölkəmizdə vətənpərvər gənc nəsil böyüyür və onların zəhməti ilə Qarabağ torpaqları yenidən laləzara çevriləcək.

Svetlana BAĞIROVA,

Tərtər rayon sakini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM