Neft Daşlarında unudulmaz görüşlər
Dövlət başçısının dəniz şəhərinə hər səfəri bayrama çevrilir
"Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən dövlət başçısı İlham Əliyev neftçilərin də böyük dostu və qayğıkeşi olduğunu dönə-dönə əməli işlərlə sübut edib.
"Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır” deyən Azərbaycan Prezidenti təbiətin xalqımıza bəxş etdiyi əvəzsiz neməti yayın qızmarında və qışın şaxtasında torpağın təkindən, dənizin dibindən minbir əziyyətlə üzə çıxaran qəhrəman neftçilərin əməyini həmişə belə yüksək qiymətləndirir.
Bu münasibəti Neft Daşlarında çalışan çoxsaylı neftçilər ailəsi də yaxından hiss edir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin çox sevdiyi, dəfələrlə səfər etdiyi, hər zaman qayğı göstərdiyi bu əfsanəvi dəniz şəhəri və burada çalışan fədakar insanlar daim Prezident İlham Əliyevin də diqqət mərkəzindədir.
"Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”. Bu sözlər Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Ulu Öndər dəfələrlə Neft Daşlarında olmuşdu və bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir.
Dövlət başçısının dəniz şəhərinə hər gəlişi böyük bayrama çevrilir. Prezident neftçilərin işi, məişət şəraiti, istirahəti ilə maraqlanır. Həm də təkcə dəniz şəhərində olanda deyil, digər yerlərdə neft sənayesi ilə bağlı keçirilən bütün tədbirlərdə onları salamlayır, hal-əhval tutur. Neft Daşlarını "qocalmağa” qoymayan da bu diqqət və qayğıdır. "Möcüzələr adası” yaşa dolduqca cavanlaşır. Köhnəlib sıradan çıxan estakadaların əvəzinə yeniləri tikilir, yeni özüllər və estakadayanı meydançalar istifadəyə verilir. Yeni texnika və texnologiyaların tətbiqi neftçilərin əl əməyini yüngülləşdirir, fiziki əziyyətini azaldır.
Prezident İlham Əliyevin sərəncamları ilə fəxri ad alan, orden və medallarla təltif olunan neftçilər arasında Neft Daşlarının da onlarca əməkçisi var.
Neft Daşlarına qayğı neftçilərin məişətində də özünü göstərir. Onların yaşadığı təmirli yataqxanaların otaqları soyuducu, televizor, kondisioner, isti və soyuq su ilə təchiz olunub. Neft Daşlarında tibb-sanitariya hissəsi, yeməkxana, çayxana, çörək zavodu, idman zalları, park və s. fəaliyyət göstərir. Bunların bir çoxu son onilliklərdə gerçəkləşib və əlbəttə ki, dövlətin, şəxsən dövlət başçısının Neft Daşlarına və onun əməkçilərinə diqqətindən qaynaqlanır.
10 il əvvəl neftçilər burada Heydər Əliyev Muzeyi yaradıblar. Muzeydə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla davam etdirildiyini göstərən eksponatlar da geniş yer alıb. 2009-cu ilin noyabrında Prezident İlham Əliyev Neft Daşlarının 60 illik yubileyində iştirak edərkən muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Dəniz neftçiləri Prezidentin Neft Daşlarına həmin səfəri haqqında xoş təəssüratla danışırlar. Deyirlər ki, dövlət başçısı onlar üçün yaradılmış yeni idman zallarındakı şəraitlə maraqlandı, burada quraşdırılmış müasir trenajorlar, stolüstü tennis və bilyard stolları, yəni bütün avadanlıqları gördükdən sonra neftçilərin sağlamlığının möhkəmləndirilməsi üçün görülən tədbirlərdən razı qaldı.
Həmin gün Prezident "28 May” Neft və Qazçıxarma İdarəsinin qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sexində 2 nömrəli sıxıcı kompressor stansiyasının açılışını da etdi. Bu, mühüm əhəmiyyət daşıyan bir stansiyadır, belə ki, "Günəşli” yatağından gələn səmt qazını iki pillədə sahilə ötürür.
Neftçilər də Prezidentə qazandıqları nailiyyətlərdən söhbət açdılar və bildirdilər ki, bunlar heç də son hədd deyil.
Mütəxəssislərin fikrincə, Neft Daşları yatağının çıxarıla bilən qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli dərəcədə artırıla bilər və bu istiqamətdə perspektiv proqramlar işlənib həyata keçirilir. Həmin proqramlar əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır. Dəniz şəhərində eləcə də silsilə ekoloji proqramlar həyata keçirilir. Gündəlik gücü 500 kubmetr olan bioloji təmizləmə qurğusu yenidən qurulub.
Yeraltı təmir sexinin ustası Tofiq Dadaşov Prezidentə bildirib ki, uzun illərdir Neft Daşlarında çalışır və buradakı köklü inkişafın canlı şahididir. O, dəniz şəhərinin tanınmaz dərəcədə dəyişdiyini, müasirləşdiyini, neft hasilatında ən müasir texnologiyaların tətbiq edildiyini söyləyib.
Neft və Qazçıxarma İdarəsinin istehsalat şöbəsinin mühəndisi İqbal Xancıqazov ölkədə gənc neftçilərin peşə hazırlığına yönəldilən diqqətə görə minnətdarlığını və göstərilən etimadı doğruldacaqlarını bildirib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə Neft Daşlarında çalışdığı illəri xatırlayıb. O, Ulu Öndərin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətlərini ətraflı xarakterizə edib. Xoşbəxt Yusifzadə respublikamızın neft-qaz sənayesinin inkişafında, eləcə də "Əsrin müqaviləsi”nin araya-ərsəyə gətirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb.
Həmin gün Prezident İlham Əliyev həmişə olduğu kimi, neftçilər qarşısında yenə də dərin məzmunlu nitq söylədi. Xəzərin fatehlərinin ünvanına söylənən xoş sözlər əvvəlki səfərlər kimi bu görüşü daha yaddaqalan etdi.
Neftçilər Prezident İlham Əliyevin "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir” sözlərini öz işləri, fəaliyyətləri üçün bir şüara çevirərək onları böyük bir plakat üzərinə həkk edib nəhəng qurğuların yuxarı hissəsində yerləşdiriblər. Neft Daşlarının ehtiyatları həqiqətən də hələ çox və onları dənizin dərin qatlarından üzə çıxaran fədakar Xəzər neftçisinin əzmi böyükdür.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!