15 Oktyabr 2019 01:32
2112
İDMAN
A- A+

Əlil arabasında rəqs və səma cəngavəri...


Müasir dünyada vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş sosial siyasətin istiqamətlərindən biri əlilliyi olan insanlara qayğı göstərilməsi, onların potensiallarının, bacarıq və qabiliyyətlərinin dəstəklənməsi, "məhdudiyyətli”lərin "sərhədsiz” imkanlarının, istedadlılarının tanıdılmasından ibarətdir.

Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlamağı vacib hesab edir, əlilliyi olan şəxslərə onların istedadlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Onların fəallıqlarını təmin etməklə, digərləri ilə yanaşı addımlamalarına, hər yerdə "biz də varıq” sözlərini uca səslə söyləmələrinə dəstək verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olanların asudə vaxtlarının dəyərləndirilməsi istiqamətində də mühüm layihələr həyata keçirir.

Belə gənclərdən biri də Vüsalə Akif qızı Kərimovadır. O, 1987-ci ildə Bakıda anadan olub. Hərəkət məhdidiyyətinin heç nəyə mane ola bilməyəcəyini öz timsalında görən Vüsalə xanım Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdindəki Əlil İdmançıları Dəstəkləmə Cəmiyyətinin sədridir. 2012-ci ildə Belarusun paytaxtı Minskdə keçirilən təkərli arabalarla idman rəqsləri üzrə dünya çempionatında bürünc medala layiq görülüb.

Vüsalə Kərimovanın daha bir uğurlu çıxışı isə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Qitələr Kubokunda yadda qalıb. Tərəf-müqabili Tamerlan Qədirovla Latın Amerikası rəqslərinin ikinci kateqoriyası üzrə 3-cü yerin qalibi kimi alqışlanıblar. Bir ildən sonra bu cütlük həmin proqram üzrə 1-ci yerin qalibi kimi qızıl medalın sahibi olub. Vüsalə ilə Tamerlanın qalib olduğu beynəlxalq turnir və yarışmaların sayı ildən-ilə yox, bəzən aydan-aya da artıb. Rusiya, Polşa, İtaliya, Tayvan... kimi dünyanın məşhur ölkələrində bu kateqoriyalar üzrə keçirilən yarışlarda qalib olduqca Vüsalə Kərimovanın həyata baxışı da dəyişib, əhvali-ruhiyyəsi də yüksəlib.

Vüsalə yalnız rəqslə məşğul olmur. İndi onu qılıncoynatma yarışlarında da görmək olar. Vüsalə Kərimova qılıncoynatma üzrə Azərbaycan çempionatının gümüş medal mükafatçısıdır.

Azərbaycanda ilk əlil qadın paraşütçü olan Vüsalə müxtəlif illərdə 3 dəfə Moskva və Minsk səmalarında keçirilən xüsusi yarışlarda 4 min metr yüksəklikdən tullanaraq şəhadətnamə ilə təltif edilib.

Vüsalə Kərimovanın daha yüksək mükafatı idmandakı bütün uğurlarına, Paralimpiya hərəkatının inkişafına verdiyi töhfələrə görə 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə layiq görüldüyü "Tərəqqi” medalıdır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video