Alternative content

03:45 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:10 14.10.2019

MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda davam edən XXXII iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov gündəlikdə əksini tapan məsələlərin MDB ölkələrində əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsinin inkişafı, sosial xidmətlərin innovativ yanaşmalar, elektron texnologiyalar üzərində təkmilləsdirilməsi baxımından aktual olduğunu qeyd edib. Nazir müavini aparılan islahatların müsbət nəticələri ilə bağlı hazırkı iclasda təcrübə mübadilələrinin aparılmasının da faydalı olacağını vurğulayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Məşvərət Şurasının katibi Olqa Kremskayanın moderatorluğu ilə keçirilən müzakirələr əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar, MDB ölkələri arasında bu sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi kimi mövzuları əhatə edir.

İclas zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemləri barədə də ətraflı məlumat verilib. Ölkəmizdə sosial yardım və əlillik təyinatları, əmək müqavilələrinin qeydiyyatı üzrə elektron sistemlərin fəaliyyət göstərdiyi, bu ilin əvvəlindən pensiya təyinatı üzrə müraciət edilmədən və sənəd təqdim edilmədən, proaktiv xidmətin göstərilməsinə imkan verən avtomatlaşdırılmış mexanizmin istifadəyə verildiyi qeyd olunub. Sosial müavinətlərin də təyinatının elektronlaşdırılması işlərinin aparıldığı, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatının da bu günlərdə elektronlaşdırıldığı diqqətə çatdırılıb. Ümumilikdə bu ilin axırınadək 10-dək müavinət növü üzrə təyinat mexanizminin elektron infrastruktur üzərində qurulmasının nəzərdə tutulduğu bildirilib.

Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə yaradılmış e-sistem - Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) barədə təqdimat olub. Bildirilib ki, ölkəmizdə əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Səhiyyə müəssisəsi tərəfindən həmin e-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonra tibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında, əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv qərar qəbul edilir.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən "Yaxşı Təcrübə” müsabiqəsində ölkəmizin sosial yardım təyinatı üzrə e-sistemi kimi, əlilliyin qiymətləndirilməsi üzrə e-sistemi, yəni TSERAS da müsbət dəyərləndirilərək BSTA-nın xüsusi mükafatına, bundan əvvəl isə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının "Çempion layihə” mükafatına layiq görülüb.

Tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sistem tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və sosial sahədə xidmətlərin elektronlaşdırılması sahəsində əldə olunan belə müsbət təcrübələrin mübadiləsinin əhəmiyyətli olduğu qeyd edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM