Alternative content

15:20 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:19 14.10.2019

Azərbaycan və Özbəkistan arasında maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, maliyyə naziri Samir Şərifov oktyabrın 14-də Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanla Özbəkistanın mövcud yüksək səviyyəli siyasi əlaqələrinin önəmi qeyd edilərək iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, maliyyə və bank sektorlarının gücləndirilməsi tədbirləri, investisiya siyasəti, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, əhalinin sosial müdafiəsi, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, özəl sektorun daha da inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

İki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşən S.Umurzakov Azərbaycanla ümumi ticarət dövriyyəsinin daha da artırılması, ticarət, sənaye, kənd təsərrüfatı maşınqayırması, xidmət və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin yekunu olaraq hazırlanan bir sıra sazişlərin imzalanmasının iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib.

Görüş zamanı, həmçinin makroiqtisadi və makrofiskal, maliyyə və büdcə idarəetməsi, qarşılıqlı təcrübə mübadilələri və digər istiqamətlər üzrə də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM