14 Oktyabr 2019 17:49
528
DÜNYA
A- A+

Lindal: “Elm xərçəngin qarşısında acizdir”



Xərçəngə qalib gəlmək mümkün deyil. Ancaq şişləri müəyyən dərəcədə səmərəli məhv etməyə qadir olan maddələr yaratmaq mümkündür. Bunu kimya üzrə Nobel mükafatı laureatı Tomas Lindal demişdir.
Alim mutasiyalara və onunla əlaqədar yaranan xərçəng şişlərinə radiasiya, Günəşin ultrabənövşəyi şüası, yaxud kanserogen qidanın əsas səbəb olduğu barədə tezisi rədd etmişdir. Lindalın dediyinə görə, ultrabənövşə beyində, qaraciyərdə və digər daxili orqanlarda şiş əmələ gətirə bilməz və şişlərin yalnız bir faizi şüalanma ilə bağlıdır.
Onkoloji xəstəliklərin yaranması suyun parçalanması və hüceyrələrdə oksigenin aqressiv formalarının peyda olunması nəticəsində DNT sahələrinin sıradan çıxması ilə əlaqədardır.
Lindal 2015-ci ildə DNT-nin bərpa olunması mexanizmlərinin tədqiqatına görə kimya üzrə Nobel mükafatı almışdır. Onunla birgə Əziz Sancar və Pol Modriç bu mükafata layiq görülmüşlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video