Alternative content

15:23 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:35 14.10.2019

Bu ilin 8 ayında Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb. Görüşdə Ş.Mustafayev Azərbaycan və Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadiyyat naziri Özbəkistanın TDƏŞ-də təmsil olunmaq qərarının Şura üzvü olan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafı baxımından rolunu qeyd edib.

Bildirilib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dək şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46 faizdən çox, bu ilin 8 ayında isə 63 faiz artıb. Azərbaycan və Özbəkistan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələri əhatə edən 110-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsində əlverişli platformadır.

İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və sair sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev iş adamlarının ölkəmizdə fəaliyyəti üçün yaradılan əlverişli şərait, sənaye parklarında və məhəllələrində rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib, Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan İqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri S.Umurzakov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların əlaqələrin inkişafında rolunu qeyd edib. O, Özbəkistan iş adamlarının Azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində marağını, bu məqsədlə iş adamlarının da daxil olduğu nümayəndə heyətinin Bakıda səfərdə olduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupun yaradılması, Azərbaycanda Özbəkistanın investisiya imkanlarına dair təqdimatın keçirilməsi, müxtəlif sahələrdə, o cümlədən turizm, maşınqayırma, pambıqçılıq sahələrində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və sair məsələlər müzakirə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM