Alternative content

05:18 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elçin Eminov: Uşu üzrə dünya çempionatda hədəfim medal qazanmaqdır
Elçin Eminov: Uşu üzrə dünya çempionatda hədəfim medal qazanmaqdır
ANA SƏHİFƏ / İDMAN
17:28 14.10.2019

Uşu üzrə dünya çempionatında bir dəfə ölkəmizi təmsil etmişəm. Lakin həmin yarışda medal qazana bilmədim. İnanıram ki, budəfəki yarışda uğur qazanacağam. Bu inamı məndə yarışlara yüksək səviyyədə hazırlıq yaradır. Artıq dörd aydır gərgin məşqlər davam edir. Hər bir idmançımızın dünya çempionatında əsas məqsədi ilk üç medaldan birini qazanmaqdır.

Bu sözləri Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü, uşu üzrə dördqat Avropa çempionu Elçin Eminov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Şanxayda keçiriləcək uşu üzrə 15-ci dünya çempionatına federasiyanın prezidenti Azər Həsənsoyun rəhbərliyi ilə qatılacaqlarını vurğulayan idmançı bildirib ki, yarışa hazırlıq prosesi yüksək səviyyədə davam edir. Bütün yay ərzində demək olar fasiləsiz məşqlər etdik. Dünya çempionatına ciddi hazırlaşmışıq. İndi də gündə iki dəfə məşq edirik. Mundialda hər ölkədən ən güclü idmançılar iştirak edirlər. Əvvəlki çempionatlarda ən güclü idmançılar Çin, Rusiya və İran təmsilçiləri idisə, artıq hər bir ölkədə idmanın bu növü üzrə ciddi rəqiblər var. Yarışda püşkün nəticələri çox vacibdir. Uşu idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındığına görə hər ölkə bu çempionata ciddi hazırlaşır. Yüz əlli ölkədə uşu ilə məşğul olurlar. Yüzdən çox ölkə dünya çempionatında iştirakını təsdiqləyib.

"Dünya çempionatında ölkəmizi təmsil edəcək digər atletlər də təcrübəli idmançılardır. Yarışlarda 48 kiloqram çəki dərəcəsində çıxış edəcək Orxan Hətəmov Avropa çempionu, dünya çempionatının gümüş, IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır. Digər idmançımız Ruslan Pirəliyev (65 kq) İslamiadanın bürünc və gümüş mükafatçısı olub. Mən isə dördqat Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının mükafatçısıyam”, - deyə idmançı bildirib.

Qarşılaşacaqları idmançıların bəzilərinin artıq müəyyənləşdiyini vurğulayan E.Eminov ən güclü rəqibinin Çin təmsilçisi olduğunu qeyd edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM