Alternative content

15:22 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:21 14.10.2019

Pensiya sistemi sosial sığorta kimi müəyyən aktual hesablamalara, demoqrafik göstəricilərə əsaslanır. Ona görə də beynəlxalq təşkılatlar və xarici ekspertlərlə birlikdə 2025, 2030 və 2050-ci illərə qədər demoqrafik inkişafa dair proqnozlar hazırlanır və həmin proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə ilkin layihələr hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə həyata keçiriləcək pensiya islahatları haqqında danışırkən deyib.

Nazir dördgünlük iş həftəsinə keçməklə əlaqədar jurnalistlərin sualına cavab verərkən bunları qeyd edib: "Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər. Ölkəmizdə əməkhaqqı aylıq əsasla müəyyən edilir. Dördgünlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əməkhaqqından və əmək bazarından irəli gələrək əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər".

Onun açıqlamasına görə, hazırda Azərbaycanda dördgünlük iş həftəsinin tətbiqi gündəmdə deyil: "Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM