14 Oktyabr 2019 12:23
1010
Elm və texnika
A- A+

İranlı alimlərə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin nailiyyətləri barədə məlumat verilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov İranın Təbriz Azad İslam Universitetinin rektoru, professor Əziz Cavanpur və həmin müəssisənin ölkəmizdə tibb təhsili üzrə nümayəndəsi Əmini Təbrizi ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Əhliman Əmiraslanov BTEB-in akademiyanın strukturunda rolu, əsas tədqiqat istiqamətləri, xüsusilə Azərbaycanda tibbi-genetika və onkologiya sahəsində əldə edilmiş elmi-təşkilati nailiyyətləri barədə məlumat verib. O, İran İslam Respublikasının elm və təhsil müəssisələri ilə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsində maraqlı olduğunu söyləyib.

Əziz Cavanpur İranda və dünyada böyük nüfuza malik və hazırda 53 min tələbənin təhsil aldığı Təbriz Azad İslam Universitetinin fakültələri, elm və təhsil strategiyası, nailiyyətləri barədə məlumat verib. O, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və müəssisənin alimləri ilə keçirdikləri görüşlərin faydalı olmasından məmnunluğunu ifadə edib.

Daha sonra BTEB-in institutları və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası ilə Təbriz Azad İslam Universiteti arasında elmi əlaqələrin perspektivləri, birgə tədqiqatların mümkün istiqamətləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video