Alternative content

06:15 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Darxan Kıdırali: Azərbaycan Türk Akademiyasının fəaliyyətinə hər zaman dəstək verir
Darxan Kıdırali: Azərbaycan Türk Akademiyasının fəaliyyətinə hər zaman dəstək verir
ANA SƏHİFƏ / SİYASƏT
12:20 14.10.2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində nazir Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti Darxan Kıdırali ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türk Akademiyasının Prezidenti Darxan Kıdırali ilk olaraq səmimi salamlarını çatdırıb və Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşün yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.

Darxan Kıdırali Azərbaycanın hər zaman Akademiyanın fəaliyyətinə dəstək verdiyini qeyd edib. Bu xüsusda, Akademiya tərəfindən həyata keçirilmiş bir sıra layihələri vurğulayıb. Onların sırasında UNESKO-da təşkil edilmiş konfranslar, həmçinin dərc edilmiş müxtəlif kitablar, o cümlədən ümummilli lider Heydər Əliyevə həsr edilmiş nəşrlərdən danışıb.

Akademiya tərəfindən Naxçıvan Sazişinin 10 illik ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü, Nəsiminin 650 illik yubileyi, habelə Xocalı soyqırımı ilə bağlı və digər tədbirlərin təşkil edildiyi qeyd olunub və gələcəkdə həyata keçirilməsi planlaşdırılan digər layihələr haqqında məlumat verilib.

Darxan Kıdırali Akademiya tərəfindən çap edilmiş kitabları Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edib.

Xarici İşlər naziri Elmar Məmmədyarov, öz növbəsində, Akademiya ilə mövcud olan faydalı əməkdaşlığı yüksək qiymətləndirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM