13 Oktyabr 2019 22:51
613
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Suriyanın 109 kilometr ərazisi terrorçulardan azad edilib


Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı "Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı zamanı Suriyanın 42 kəndi olmaqla ümumilikdə 109 kilometr ərazisi terrorçulardan azad edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan antiterror əməliyyatı ilə bağlı İstanbulda keçirilən tədbirdə məlumat verib.

Bildirilib ki, əməliyyat başladığı gündən indiyədək Türkiyənin Şanlıurfa, Mardin, Şırnak, Gaziantep şəhərlərindəki yaşayış ərazilərinə ümumilikdə 652 top mərmisi və raket atılıb. Atılan bu partlayıcı maddələrin təxminən yarısı Mardinin Nusaybin və Kızıltepe rayonlarına düşüb. Nəticədə uşaqlar da daxil olmaqla 18 vətəndaş həlak olub, 147 nəfər yaralanıb.

Əməliyyatlar zamanı Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusunun ümumilikdə 18 əsgəri şəhid olub. Davam edən əməliyyat zamanı indiyədək 490 terrorçu zərirsizləşdirilib. Onlardan 440-ı ölüb, 26-sı isə yaralı olaraq ələ keçirilib. 24 terrorçu təslim olub.

Ölkə başçısı sosial mediada əməliyyat barədə səhv məlumat yayan və terror təşkilatlarının təbliğatı ilə məşğul olan 129 nəfərin saxlanıldığını, 589 nəfər haqqında lazımi tədbirlərin görüldüyünü bildirib.

"Vacib olan az itki ilə əməliyyatı tamamlamaqdır”, - deyə vurğulayan R.T.Ərdoğan hədəfin Türkiyə-Suriya sərhədindən 30-35 kilometrədək Suriya ərazisinə doğru irəliləmək olduğunu qeyd edib.

Əməliyyatlar uğurla davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video