Yalnız ədəbiyyatda və rəsmdə qalan Bəzzaz məscidi
Xəzərin sahilində yerləşən mühüm tarixi hadisələrin şahidi Bakı şəhəri nəinki Azərbaycanın, Yaxın Şərqin ən qədim məskənlərindən biridir. Arxeoloji tapıntılar arasında olan artefaktlar şəhərin məskən kimi yaranmasını və Tunc dövrünə, yəni eramızdan əvvəl III minilliyə aid olduğu barədə məlumat verir.
Abşeron ərazisində zəngin neft yataqlarının olması müxtəlif ölkələrdən gələn tacir, missioner və səyyahları çox cəlb edirdi. Onlar bu yağlı, möhkəm qoxusu olan yanar məhlulu əcaib bir şey sayırdılar. Onlar Bakı şəhərini təsvir edərkən neftin qeyri-adiliyi haqqında həyəcanla yazırdılar. Neft yataqlarının yuxarı təbəqəyə yaxın olan müəyyən sahələri birdən-birə od tutub yana bilərdi. Elə buna görə də bu yerlər "Odlar diyarı” adlandırılırdı.
Bu müqəddəs torpaqda yaşayanlar üçün Bakı barədə hər bir məlumat qiymətlidir. Bakı şəhəri müxtəlif tarixi dövrlərdə rəssam və həvəskar səyyahlar tərəfindən təsvir edilmişdir. Yaranan hər bir əsər rəssamın öz təfəkkürünün, az da olsa fantaziyasının məhsuluna çevrilirdi və hər bir əsərdə tarixi və etnoqrafik həqiqət var idi. Bu kimi sənət nümunələri şəhərimizin təsvirinə hərtərəfli maraq oyadırdı.
İlk dəfə Bakı şəhərini 1683-cü ildə alman səyyahı E.Kempfer təsvir etmişdir. Sonrakı illərdə bir neçə alman rəssamı Bakını çəkmişdir. Bunlar V.Kizevetter, H.Qorşild, P.Frenken olmuşlar. Əsərlərdə xüsusilə tarixi abidələr, müxtəlif tipajlar, onların geyim tərzləri, mənzərələr öz əksini tapmışdır. Bu baxımdan Paul fon Frankenin əsərləri xüsusi vurğulanmalıdır. Rəssam səyahət etməyi çox sevirdi. O, Paris, Peterburq və Rusiyanın digər şəhərlərində olmuşdur. 1853-1861-ci illərdə isə Qafqaza gəlmişdir. Buranın tarixini, sənət sahəsini, ümumiyyətlə sənətkarlığını yaxından öyrənmişdir. Və ona "Qafqaz rəssamı” adı vermişlər. O, rəsmlərini qələmlə çəkirdi, sonra onun əsasında böyük əsərlər yaradırdı. Belə əsərlərdən biri "Bakı şəhərində Qız qalasının görünüşü” adlanır. Bu sənət nümunəsi 1830-cu ildə qələmə alınsa da, 1880-ci ildə böyük əsərə çevrilmişdir.
Müəllif əsasən mənzərə janrında işləmiş, əslində bu sahənin ustası idi. Romantik üslubda əsərlər yaradırdı. Onu Şərq nağılları, ekzotika daha çox cəlb edirdi. "Qız qalası” möhtəşəm rəsminə baxarkən onun dumanlı və aylı gecədə təsvir olunduğunu görürük. Burada mərkəzi yer Qız qalası üçün ayrılmışdır. Çünki bu möhtəşəm tikili hər zaman Bakı şəhərinin simvolu olmuşdur, onunla bağlı çoxlu əfsanələr, rəvayətlər danışılır, bugünə kimi alimlər tərəfindən öyrənilir və daim maraq mərkəzindədir.
Əsərə baxarkən Bakı şəhərinin təpə üzərində yerləşdiyini aydın görürük. Ön planda Bakının gecə həyatı təsvir edilir. Əsərin bu hissəsi etnoqraflar üçün daha maraqlı olardı. Burada toplanan insanlar gecə tutduqları balıqları bazarda alver edənlərə satırlar. Şəkildə bir necə yerdə tonqalların qalandığı təsvir edilib. Burada xırda qayıqlar çönmüş vəziyyətdə verilmişdir. İnsanların əynində olan yüngül geyimlərdən başa düşülür ki, ya payız, ya da bahar fəslidir. Çox təsirli şəkildə dəniz sularını işıqlandıran ay işığının təsviri daha gözəl görünür. Dəniz kənarında xırda yükləri daşımaq üçün "kirjim” adlanan yelkənli gəmilər verilmişdir. Bütün bu səhnə Qız qalası önündə cərəyan edir. Lakin Qız qalasının istiqamətinin təsviri bir qədər dəqiq verilməmişdir. Bu isə, çox güman ki, rəssamın şəxsi yanaşmasından irəli gəlirdi. O, bunu belə görür.
Nəhayət, bu əsərdə İçərişəhərin cənub-qərb hissəsində vaxtilə "Bəzzaz” adlanan balaca düzbucaq şəklində olan məhəllə məscidinin təsviri vardır. İndi həmin məscid yoxdur, amma əsərdə onu aydın görmək olar. Məscidə müsəlman ölkələrindən olan və parça alveri edən tacirlər namaza gəlirdilər.
Bakı şəhərinin təsviri müxtəlif illərdə bir çox rəssam tərəfindən çəkilmişdir. Amma belə rakursdan Bakı heç vaxt təsvir edilməmişdir və onun üçün də bu əsər ikiqat maraqlıdır. Tədqiqatçıların yazdıqlarına görə, həmin məscid parça satılan məhəllədə yerləşirdi. Bu barədə məscidin divarında olan yazı şərqşünas B.Dorn tərəfindən oxunmuş və 1854-cü ildə Xəzər dənizinin cənubuna səfər zamanı hesabatında da vurğulanmışdır.
Bakıya müxtəlif ölkələrdən daxil olan parçalar barədə məlumatı arxeoloji tapıntılar da təsdiq edir. Şirvanşahların ailə türbəsində aparılan qazıntılar zamanı zərxara tipli parça aşkar edilmişdir. Belə tip parçalar İranda Şiraz şəhərində istehsal edilirdi və yalnız dəfn zamanı istifadə olunurdu. Çünki onun tərkibində metallik saplar vardı. Bu da çürümənin qarşısını alırdı. Eyni zamanda burada Hindistan tirməsi tapılmışdır.
Qədim Bakıda hər məhəllənin öz məscidi olub. Balaca olduqları üçün minarələri yox idi, azan damdan oxunardı. Bəzzaz məscidi də bu tip məscidlərdən idi.
Gülnar ƏLİYEVA,
İçərişəhər Muzey Mərkəzinin müşaviri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!