13 Oktyabr 2019 00:28
2568
Elm və texnika
A- A+

Dünyanın mərkəzi


Bura dünyanın var olan nöqtəsidir...

Bura dünyanın qibləgahıdır...

Bura bütün dünya müsəlmanlarının ən müqəddəs ziyarətgahı, Allahın ilk evidir...

Hər il milyonlarla insanın Allaha üz tutduğu, tapındığı, dualar etdiyi, qurbanlar kəsdiyi məkandır...

"Kəbə” ərəbcə "əl-Kəb” sözündən götürülüb, mənası "kub” deməkdir. Böyük daşlardan təxminən kub formasında tikilmiş formaya malikdir. Kəbə 180 kvadratmetr sahəni əhatə edir. Sahəsi 128,4 kvadratmetr, hündürlüyü 13,10 metrdir. Şimal-şərq divarı 12,6, şimal-qərb divarı 11,03, cənub-qərb divarı 13,10, cənub-şərq divarı 11,22 metrdir. Divarlarında istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranitlərdir.

Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə - Şimal, Cənub, Şərq və Qərbə istiqamətlənib. Bu künclərin hər birinin xüsusi adı var. Kəbənin şərq küncündə Həcərül-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.

Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü 90 santimetr, eni 1,5 metr olan yarımdairə şəkilli, ağ mərmərdən tikilmiş divar var. Bu ərazi Hatim adlanır və Kəbənin bir parçası hesab olunduğu üçün təvaf zamanı oraya daxil olmağa icazə verilmir.

Kəbənin qapısı yerdən 2 metr hündürlükdə şimal-şərq divarında yerləşir. Ora qalxmaq üçün təkərlər üzərində quraşdırılmış taxta pilləkəndən istifadə olunur. Bu pilləkən adətən məsciddə, arka formalı Bəni-Şeybə qapısı ilə Zəmzəm quyusunun arasında saxlanılır.

Kəbənin döşəməsi qranitdəndir. Divarların içərisi yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan çoxu isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.

Kəbənin içərisindəki 3 ədəd qəhvəyi rəngdə taxta sütun tavana dirək rolunu oynayır. Bu sütunlar olduqca möhkəm taxtalardan hazırlandığı üçün 1350 ildir ki, möhkəmliyini qoruyur. Hər sütunun diametri 44 santimetrdir. Bu sütunlar hələ Məhəmməd peyğəmbərin vaxtında Abdullah ibn Zübeyr tərəfindən yerləşdirilib. Hər bir sütun kvadratşəkilli taxta platforma üzərində oturub. Hər üç sütundan müxtəlif dövrlərdə zəvvarlar tərəfindən Kəbəyə bağışlanılan hədiyyələrin asıldığı dirək keçirilib.

Kəbənin içində ərəb xəttatlığı ilə bəzədilmiş 8 daş var.

Kəbə evinə bərkidilmiş Qara daşa toxunub öpmək isə hər müsəlmanın arzusudur. Çünki bu daşın səmadan, Cənnət bağlarından endirildiyinə dair inanc var. Müsəlmanlar bu daşın Adəmə Cənnətdən qovulduqdan sonra günahlarının təmizlənməsi üçün göndərildiyini düşünürlər. Bəzi rəvayətlərə görə, daş əvvəl ağ rəngdə olub və bir çox günahkar insanın ona toxunması nəticəsində zaman keçdikcə qaralıb.

930-cu ildə Bəhreyndə məskunlaşmış kərmətilər Qara daşı oğurlayırlar. 951-ci ildə bu daş yenidən Məkkəyə qaytarılır. Kəbə iki dəfə yanıb, 1626-cı ildə isə Məkkə sel daşqınında suda batıb. Bu bədbəxt hadisələrdən sonra Qara daş 15 parçaya bölünüb. İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi təxminən 16,5x20 sm-dir.

Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə - ramazan ayının və həcc mərasiminin başlanmasından 15 gün əvvəl yerinə yetirilir. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur, Zəmzəm suyu ilə fars qızılgül suyunun qarışığı ilə yuyulur.

Kəbənin üzəri kisvah adlanan qızıl saplarla işlənmiş ipək parça ilə örtülür. Hər il həcc dövründə yenisi ilə əvəz olunan kisvah 658 kvadratmetr sahəni örtür. Bu örtüyün toxunması üçün 670 kiloqram xalis ipək, üzərindəki naxışların vurulması üçün isə 15 kiloqram qızıl sapdan istifadə olunur. Naxışlarla ipəyin üzərinə Şəhadət kəlməsi və Quran ayələri yazılır. 47 hissədən ibarət örtük Kəbənin üzərinə örtülür və yerə mis halqalarla bərkidilir. Onun düzəldilməsi təqribən 4,5 milyon ABŞ dollarına başa gəlir.

Kəbə evinin, örtüyünün, həmçinin Kəbə yaxınlığında İbrahim peyğəmbərin ayaq izinin əks olunduğu daşın yerləşdiyi Məqami-İbrahim adlı yerin açarı isə əş-Şeybi ailəsindədir. Əslən Qureyşilərdən olan əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özündə saxlayır və nəsildən-nəslə ötürülür. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfəri zamanı və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır.

Misir mütəxəssisi, Qahirə Universitetinin professoru Hüseyn Kəmaləddin elmi cəhətdən sübut edib ki, vulkan püskürmələri nəticəsində ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. O vaxtadək bütün planet su ilə örtülü olub. Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanıb. Bu elmi kəşf 1977-ci ildə rəsmən açıqlanıb. Alimlər müəyyən ediblər ki, hazırda Ərəbistan yarımadası olan ərazidə vaxtilə Qondvana superqitəsi yerləşib. Sonradan bu superqitə yeddi qitəyə bölünüb.

Hüseyn Kəmaləddin müəyyən edib ki, Yer kürəsinin maqnit mərkəzi Məkkədə, məhz Kəbənin dayandığı yerdədir. Maraqlıdır ki, Yer kürəsinin maqnit qütbləri dəyişsə də, Kəbədə maqnit mərkəzi dəyişmir. Bu, dünyanın istənilən nöqtəsindən qiblənin istiqamətini ölçərkən məlum olub. Alim müəyyən edib ki, qiblə hər tərəfdən Məkkə və Kəbəyə aparan maqnit xətlərin istiqaməti ilə üst-üstə düşür.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video