Çəhrayı qızılqaz
Qızılqaz və ya flaminqo - qızılqazkimilər dəstəsinə daxil olan quş cinsidir. Nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılıb. Xəzər də daxil olmaqla bütün iri daxili su hövzələrində qışlayır. Azərbaycanda qışlayan qızılqazların sayı XX əsr ərzində 10 dəfə azalıb. Bunun da əsas səbəbi Xəzərin səviyyəsinin dəyişilməsi ilə bağlıdır.
Göz oxşayan rəngləri və estetik görüntüləri olan bu quşlar bol palçıqlı göllərdə koloniyalar şəklində yaşayırlar. Gölün dərinliyi yalnız qidalanmaq üçün deyil, yuva qurmaq üçün də əhəmiyyətlidir.
Tüklərinin rəngi flaminqonun növündən asılıdır. Açıq çəhrayıdan qırmızıya qədər dəyişən rənglərə sahib olurlar. Onların tüklərinin rəngini yedikləri alfa-karotinli və beta-karotinli qidalar müəyyən edir. Diatomları, toxumları, mavi-yaşıl yosunları və qabıqlı canlıları sudan süzərək yeyirlər. Flaminqonun dimdiyində kiçik buğumayaqlıların qabıqlarını süzmək üçün ələyə bənzər xüsusi yer var.
Flaminqolar koloniyada cüt-cüt yaşayırlar. Cütlər hər il törəmirlər. Törəmək üçün müəyyən dövr yoxdur. Yuva qurmaq üçün yağışlı havalar daha münasibdir. Bu dövrdə qida tapmaq da asanlaşır.
Flaminqoların yuvaları vulkan şəklindədir. Yuva quran flaminqolar palçıq, kiçik daş parçaları və tökülmüş lələklərdən istifadə edirlər. Maraqlısı odur ki, quşun istifadə etdiyi bu qarışıq çox tez quruyur. Yuva 30 santimetr hündürlüyündə olur. Yuvanın hündür olması su yüksələrkən yumurtanı sudan qoruyur.
Flaminqoların pərdəli ayaqları üzmələrini asanlaşdırır. Ayaqların yastı və geniş olması sayəsində flaminqolar yumşaq palçıq üzərində belə batmadan asanlıqla gəzirlər.
Yəqin ki, fotolarda təkayaqlı flaminqolara rast gəlmisiniz. Alimlərin gəldiyi qənaətə görə, flaminqo quşlarının təkayaqlı duruşu onlara daha az güc sərf etməyə imkan verir. Belə ki, təkayaqlı duruş zamanı quşun sərf etdiyi enerji ikiayaqlı duruşa sərf edilən enerjidən daha azdır.
ABŞ elmi qrupunun gəldiyi nəticəyə əsasən, tək ayaq üstə duran flaminqonun əzələləri, demək olar ki, heç bir gərginliyə düşmür - əksinə, quşun əzələləri istirahət edir. Bu səbəbdən flaminqolar tək ayaq üstündə durarkən hətta mürgüləyə də bilirlər.
Digər elmi qrupların fərziyyələrinə görə isə, təkayaqlı duruş quşlara bədən temperaturunu qoruyub saxlamağa imkan verir.Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!