13 Oktyabr 2019 00:23
1396
Səhiyyə
A- A+

Qaraciyərin əsas düşmənləri


Siz də onları tanıyın


Qaraciyər orqanizmin ən davamlı orqanlarından biridir. Qaraciyər güclü özünübərpa xüsusiyyətinə malikdir. Lakin bəzi ziyanlı təsirlər nəticəsində qaraciyərdə ciddi pozulmalar inkişaf edə bilər ki, bu pozulmaların daha sonra qaraciyər xəstəliklərinə gətirib çıxarmaq ehtimalı var.

1. Spirtli içkilər və siqaret

Orqanizmə xarici mühitdən düşən ziyanlı maddələr (zəhərlər, toksinlər və s.) əsasən qaraciyərdə zərərsizləşir. Spirtli içkilərdə olan etanol və siqaretlərdə olan nikotin, müxtəlif qətranlar çox güclü zəhərlərdir. Bu maddələr orqanizmə nə qədər çox miqdarda düşərsə, qaraciyərdə gərginlik də o qədər artmış olar. Bu isə qaraciyərdə pozulmaların inkişafına gətirib çıxarır.

2. Sağlam olmayan qidalar

Hisə verilmiş, qızardılmış, çox yağlı qidalar, yağlı ət, marqarin və marqarin əsasında hazırlanmış peçenye, vafli və s. şirniyyatlar, fast-fudlar, kolbasa-sosis, şirin qazlı içkilər və bu kimi qidaların həddindən artıq qəbulu qaraciyəri yükləyir, onun hüceyrələrinə mənfi təsir edir, dağılmasına səbəb olur.

3. Dərmanlar

Dərmanlar qaraciyərdə zərərsizləşir. Bu səbəbdən insan nə qədər çox dərman içirsə, qaraciyərdə pozulmaların inkişaf riski də bir o qədər artmış olur. Bu səbəbdən həkim məsləhəti olmadan özünüzə dərmanlar "təyin etməyin”, ağrıkəsici, hərarətsalan dərmanlardan istifadə etməyin.

3. Hərəkətsizlik

Azhərəkətli həyat tərzi bir çox orqan və sistemlərə ziyan vurur. Azhərəkətli insanlarda qan dövranı ləngiyir, orqanizmdə durğunluq prosesləri inkişaf edir. Nəticədə qaraciyərdə pozulmaların inkişaf riski artır.

4. Mənfi emosiyalar

Hirs, qəzəb və bu kimi mənfi emosiyalar qaraciyərin sağlamlığına pis təsir edir, onu zəiflədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video