12 Oktyabr 2019 20:44
495
SİYASƏT
A- A+

Səməd Seyidov: Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi


Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi. Bu, hər bir azərbaycanlının dəstəklədiyi mövqedir. Dövlətimizin başçısının mühüm tarixi əhəmiyyət kəsb edən çıxışında Azərbaycan xalqının Böyük Vətən müharibəsinin qələbə qazanılmasında əməyi ətraflı təhlil olundu, düşmənin işğalçılıq, terrorizmlə bağlı siyasəti kəskin tənqid edildi. Prezidentin bu siyasi tribunadan cəsarətli çıxışı ilə hər bir azərbaycanlı qürur duyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

"Azərbaycan Prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışını üç hissəyə bölmək olar. İlk növbədə, Prezident İlham Əliyev şəxsi keyfiyyətlərini bir daha göstərdi. Ölkə rəhbəri yüksək siyasi tribunadan çıxışı ilə səviyyəli, savadlı, yüksək təfəkkürə və mədəniyyətə malik siyasətçi, Prezident olduğunu bir daha nümayiş etdirdi. Dəmir iradəyə malik Prezidentimizin rus dilində səlis, aydın danışığı, faktlarla çıxış etməsi MDB dövlət başçılarının marağına səbəb oldu. Ölkə başçısı fikirlərini o qədər aydın, dəqiq dəlil və sübutlarla ifadə etdi ki, bu faktların qarşısında heç kimin etiraz etməyə cürəti çatmazdı”, - deyə Milli Məclisin komitə sədri bildirib.

Səməd Seyidov qeyd edib ki, siyasətdə naşı, sərsəm bəyanatları ilə ad çıxarmış Paşinyanın replikalarına sakit reaksiya verən Prezident İlham Əliyev özünün yüksək mədəniyyətə sahib olduğunu hər kəsə göstərdi.

Prezidentin çıxışında ikinci məsələ beynəlxalq hüququn normaları prinsiplərinə toxunması məsələsi idi. Azərbaycan Prezidentinin dövlətlərin, dövlət başçılarının beynəlxalq hüquq çərçivəsində özünüidarəetmə bacarığı, davranışı prinsipi məsələsinə toxunması təqdirəlayiqdir. Ölkə rəhbəri öz çıxışında faşizm üzərində qələbədən danışaraq bəşəri dəyərlərin nə qədər vacib olduğunu vurğuladı və bildirdi ki, faşizm bəşəri dəyərlərə zidd olduğu kimi, Ermənistanın Azərbaycan xalqına qarşı apardığı işğalçılıq siyasəti də heç bir beynəlxalq normaya sığmır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin pislənməsi isə bu çıxışın üçüncü və əsas tərəfi idi. Prezident İlham Əliyev yüksək təfəkkürü, analitik düşüncəsi ilə bəyan etdi ki, faşizmə dəstək verən erməniyə abidə ucaldan Ermənistan Azərbaycana da faşist kimi davranır. Məqamdan, siyasi tribunadan diplomatik məharətlə istifadə edən ölkə başçısı bildirdi ki, Ermənistana dəstək olmaq faşizmə, nasizmə dəstək olmaqdan başqa bir şey deyil. Bununla, Prezident Azərbaycan xalqının mübarizəsini işğalçı dövlətin terror rejiminə qarşı mübarizə kimi qiymətləndirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video