12 Oktyabr 2019 20:42
804
CƏMİYYƏT
A- A+

Bəhram Bağırzadə: Mehriban xanım Əliyevanın 650 min ağac əkmək barədə təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə bir gündə 650 min ağac əkmək üzrə nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə söyləyib.

O deyib: "Mən bir Azərbaycan vətəndaşı kimi, bu aksiyada iştirak etməyi çox istəyirəm. Özü də övladlarımla birlikdə, çünki ekologiyaya və doğma yurda məhəbbət insanlara uşaqlıqdan aşılanmalıdır. Mən həyatımda çox ağac əkmişəm, lakin bu təşəbbüs çərçivəsində yaşadığım illərin sayına görə 48 ağac əkmək istəyirəm”.

B.Bağırzadə fikrini bu sözlərlə tamamlayıb: "Nəsimi dünya səviyyəli böyük şair və mütəfəkkirdir, onun irsinin qorunub saxlanılması isə böyük humanitar missiyadır. Əminəm ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın bu təşəbbüsünü dəstəkləyir və aksiyada fəal iştirak edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video