12 Oktyabr 2019 17:50
1024
Elm və texnika
A- A+

ADA Universitetində gənclərin debatı keçirilib


Oktyabrın 12-də ADA Universitetində Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə "Gənclərin debatı 2019” yarışması keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir AİB-in ölkəmizlə tərəfdaşlıq münasibətlərinin qurulmasının 20 illiyinə həsr edilib. Debatlar "Azərbaycanın son 20 illik inkişafında Asiya İnkişaf Bankının rolu” mövzusuna həsr olunub.

Gün ərzində debatlar 3 nəfərdən ibarət komandalar arasında üç raundda aparılıb. Müxtəlif ali və orta təhsil ocaqlarını təmsil edən 16-25 yaşlı iştirakçılar arqumentlərini ingilis dilində təqdim ediblər. Yarışa hazırlıq iştirakçılar tərəfindən bir ay əvvəl başlanıb.

Final komandalar günün sonunda AİB-in Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, AİB Azərbaycanın ən iri inkişaf tərəfdaşıdır. Ölkəmiz 1999-cu ilin dekabrından AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikamıza 5 milyard dollardan çox maliyyə vəsaiti ayırıb. Bu il münasibətlərimizin 20 illiyi ilə yanaşı, AİB-in Azərbaycanda nümayəndəliyinin açılmasının 15 illiyi tamam olur. ADA Universitetində keçirilən "Gənclərin debatı 2019” bu təqvimlərlə əlaqədar silsilə tədbirlərin bir hissəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video