12 Oktyabr 2019 13:49
659
DÜNYA
A- A+

Kaliforniyada meşə yanğınları tüğyan edir


Kaliforniyada meşə yanğınları ucbatından 100 min nəfərə yaxın adam təxliyə edilmişdir. Bu barədə Los-Anceles polisi məlumat vermişdir.

Alov ştatın ərazisində 2 min hektarlıq meşəni artıq məhv etmişdir. Azı 25 min evin sakinləri təxliyə olunmuşdur. Köçürülmüş sakinlərin və onlara məxsus kiçik ev heyvanlarının yerləşdirilməsi üçün dörd mərkəz yaradılmışdır.

Bundan əvvəl Kaliforniyanın yanğınsöndürmə xidməti ştatın tarixində ən dəhşətli yanğının günahkarı kimi PG&E şirkətinin adını açıqlamışdır. Ötən ilin noyabrında güclü meşə yanğınları nəticəsində 85 nəfər həlak olmuş, 14 minə yaxın ev, 528 kommersiya binası və 4 mindən çox digər tikili dağılmışdır. Yanğına səbəb PG&E şirkətinin elektrik nəqli xətləri olmuşdur. Şirkət kompensasiya kimi 1 milyard dollar ödəməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video