12 Oktyabr 2019 02:31
628
CƏMİYYƏT
A- A+

Dağlıq Qarabağ bölgəsindən olan azərbaycanlı gənclərlə görüş


"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Azərbaycan Gənclər Fondu Dağlıq Qarabağdan olan gənclərimizlə görüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, icma rəhbəri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin nəticələri barədə danışıb. O bildirib ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik sahələrdə və sosial media üzərindən davam edir. Gənclərimiz sosial mediada fəal olmalıdırlar. Ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu gün geniş imkanlar var və gənclərimiz bu imkanlardan istifadə etməlidirlər.

İctimai Birliyin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı fəal olmağa çağırıb. O, gənclərə Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı bəyanatını xatırladıb. Qeyd edib ki, Prezident çıxışında "Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək növbəti erməni yalanını ifşa etdi. Çalışmalıyıq ki, hər addımımızda bu bəyanatı xüsusi olaraq hər kəsin diqqətinə çatdıraq. Azərbaycanda iqtisadi, siyasi sahələrdə görülən bütün işlər torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə yönəlib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video