Alternative content

15:19 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis komitələrinin birgə iclasında bir sıra qanun layihələri müzakirə edilib
Milli Məclis komitələrinin birgə iclasında bir sıra qanun layihələri müzakirə edilib
ANA SƏHİFƏ / PARLAMENT
16:08 11.10.2019

Oktyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı iclası açaraq gündəlikdəki qanun layihələri barədə məlumat verib. Komitə sədri qeyd edib ki, Ailə Məcəlləsində, Mülki-Prosessual və Mülki məcəllələrdə, "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.

Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məsələlərini əhatə edir.

Mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma isə təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə, övladlığa uşaq götürmək istəyən şəxslərin həyat şəraitinin, uşaqla ailənin uyğunlaşmasının müəyyən edilməsinə tam imkan verəcək.

Sənədlərdə aparılan dəyişikliklərin əhəmiyyətini vurğulayan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təklif olunan əlavə və dəyişikliklərin övladlığa götürmə sahəsində şəffaflığın təmin olunması, məsuliyyətliliyin artırılması və idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcəyini söyləyib.

Deputatlar Tahir Kərimli, Sədaqət Vəliyeva, Sahibə Qafarova, Çingiz Qənizadə, Elşən Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Təhsil Nazirliyinin idarə rəisi Məlahət Hacıyeva, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ailə, qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələri sənədlə bağlı fikirlərini bildirib, qanun layihəsinin övladlığa uşaq götürmə sahəsində mövcud olan boşluqların aradan qaldırılması üçün təkmil bir şəkildə işləndiyini qeyd ediblər.

Müzakirə olunan qanun layihələrinin baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM