11 Oktyabr 2019 15:57
513
CƏMİYYƏT
A- A+

Tbilisidə keçirilən konfransda mediada hüquqi-normativ bazanın söz azadlığının təminatındakı rolundan danışılıb

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Tbilisidə ATƏT-in Media Azadlığı Ofisinin təşkilatçılığı ilə "Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda keçirilmiş XVI Cənubi Qafqaz media konfransında çıxış edərək media sahəsində hüquqi-normativ bazanın söz azadlığı və plüralizmin təminatındakı rolundan danışıb.

Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, sədr mövcud xüsusda cəmiyyətin informasiya təminatındakı meyillərə, qanunlarda və digər dövlət sənədlərində jurnalist mənbələrinin qorunması və konfidensiallıq, medianın kənar təsirlərdən müdafiəsi, onun obyektivliyi məsələləri ilə əlaqədar əksini tapmış müddəalara, KİV-lərin müstəqilliklərinin qorunmasına yönələn tədbirlərə diqqət çəkib. O, onlayn medianın cəmiyyətə təsir imkanlarından da söz açıb və bildirib ki, bu istiqamətdə əsaslı tənzimləmələrin aparılması yeni hüquqi yanaşmaları aktuallaşdırmaqdadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video