Alternative content

11:30 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Regionların sosial-iqtisadi simasını dəyişən proqramlar
Regionların sosial-iqtisadi simasını dəyişən proqramlar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:04 11.10.2019


Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində regionların sosial-iqtisadi inkişafında mühüm dəyişikliklər baş verib. Aparılan uğurlu siyasət nəticəsində bölgələr sosial-iqtisadi baxımdan böyük inkişaf yolu keçib. Dövlət proqramlarının icrası regionlarda minlərlə kiçik, orta və iri istehsal və xidmət sahələrinin fəaliyyət göstərməsinə imkan yaradıb. Nəticədə məhsul istehsalında bölgələrin payı ildən-ilə artmaqda davam edir.

2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları uğurla icra edilib, cari ildə növbəti proqram təsdiq olunub. Bu proqramların başlıca məqsədi bölgələrdə iqtisadi inkişafla yanaşı, sosial problemlərin həllidir. Dövlət proqramlarının qəbulu sayəsində minlərlə istehsal və xidmət obyektləri ilə yanaşı, mühüm sosial obyektlər də tikilərək həmin ərazilərdə yaşayan sakinlərin ixtiyarına verilib. Bunlar təhsil, səhiyyə, rabitə, idman və digər sahələri əhatə edir. Eyni zamanda, bölgələrdə kəndarası avtomobil yolları, qaz, işıq xətləri yenidən çəkilib və ya əsaslı təmir olunub. Görülən işlərin sayəsində bölgələrdə yaşayan əhali həmin sosial xidmətlərdən rahat şəkildə istifadə edə bilir.

Prezident İlham Əliyev bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən proqramların əhəmiyyətini vurğulayaraq demişdir: "Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır”.

Son 15 ildə 15 min kilometr yol çəkilib ki, bunun çox hissəsi kənd yolları və regionlardakı şəhərlərarası avtomobil yollarıdır. Həmin proses indi də davam edir. Təkcə cari ilin 6 ayında təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Qazlaşdırma 95 faizi keçib.

Regionlarda yaradılan 9 sənaye park və məhəllələri ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verir. İndiyədək sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq investisiya kimi qoyulub.

Layihələrin icrası nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Qeyd edək ki, həmin layihələrin icrası sayəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub. Onun da 300 milyon manatlıq hissəsi xarici bazara çıxarılıb.

Bölgələrdə sənaye sahəsi ilə yanaşı, aqrar sektorda da iri müəssisələrin yaradılması istiqamətində səmərəli iş aparılır. Regionlarda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Hazırda 22 aqropark fəaliyyət göstərir, ilin sonuna qədər daha 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası üçün ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq. Qeyd edək ki, həmin layihələrin icrası 4 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Məlumdur ki, regionlarda aqrar sektor üstünlük təşkil edir. Dövlət proqramlarının qəbulu və aparılan islahatlar sayəsində kənd təsərrüfatında məhsul istehsalı sürətlə artmaqda davam edir. Xüsusilə taxılçılıqda qazanılan uğurlar sevindiricidir. Çünki taxılçılıq kənd təsərrüfatında və ölkənin ərzaq təhlükəsizliyində önəmli rola malikdir. Cari ildə 1 milyon 12 min hektarda taxıl əkilib və bu məhsulun istehsalı 40 faiz çoxalıb. Dövlət tərəfindən fermerlərə göstərilən dəstək və müasir texnika ilə təminat sayəsində bu sahədə məhsuldarlıq artıb. Belə ki, orta məhsuldarlıq 30 sentneri ötüb. Müasir texnika və texnologiyalardan daha çox istifadə edən iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq 60 sentneri ötüb.

İlin 6 ayında kənd təsərrüfatında əldə edilən iqtisadi göstəricilər rekord səviyyəyə çatıb. Aqrar sahədə məhsul istehsalı 13 faiz artıb. Bitkiçilikdə bu rəqəm 25 faizdir. Bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25, tərəvəz 14 faiz artıb. Kənd təsərrüfatı məhsullarının xarici bazara ixracı da artmaqda davam edir.

Bir sözlə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrdə bütün göstəricilərin artmasına, ölkənin dayanıqlı və tarazlı inkişafına töhfə verir. Üç dövlət proqramının həyata keçirilməsi əhalinin rifah halının yüksəlməsində və məşğulluğun təmin edilməsində mühüm rol oynayıb.

Dördüncü dövlət proqramı da bölgələrin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Həmin proqram üzrə görüləcək işlər əvvəlcədən elmi şəkildə araşdırılıb və onların icra müddəti də dəqiqləşdirilib. Proqram üzrə əsasən elektrik, qaz təchizatı, kənd yollarının çəkilməsi və yenidən qurulması nəzərdə tutulur. Bununla yanaşı, mühüm sosial-iqtisadi əhəmiyyəti olan meliorasiya layihələri də uğurla icra ediləcək. Min kilometrlərlə kollektor-drenaj sistemləri təmizlənəcək, subartezian quyuları qazılacaq, əhalinin içməli və suvarma suyu ilə təminatı daha da yaxşılaşdırılacaq.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM