11 Oktyabr 2019 01:02
576
SİYASƏT
A- A+

YAP İcra Katibliyində “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib


Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda "dəyirmi masa” keçirilib. "Dəyirmi masa”da Milli Məclisin deputatları, siyasi partiyaların nümayəndələri, QHT təmsilçiləri və ekspertlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi bəyanat gündəmin ciddi şəkildə dəyişməsinə gətirib çıxarıb. Bu bəyanat təkcə Azərbaycan cəmiyyətində deyil, daha geniş müstəvidə müzakirə olunur. Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı, sadəcə olaraq, danışıqlar prosesində Azərbaycanın dəfələrlə səsləndirilmiş mövqeyinin bir daha təkrarlanması demək deyil. Bu bəyanatın daha böyük əhəmiyyəti olduğunu vurğulamaq lazımdır. Bu çıxış bir çox ünvanlara hədəflənmiş çıxış idi. Onun hədəflərindən biri Ermənistandır. Bununla Ermənistan cəmiyyətinə mesaj verildi ki, işğalçı ölkə öz xülyasından əl çəkməlidir. Mesajın ünvanlandığı hədəflərdən biri beynəlxalq təşkilatlardır. Çünki onlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərlərinə götürüblər. Prezident İlham Əliyevin mesajının ünvanı həm də Azərbaycan cəmiyyəti idi. Bu gün ölkəmizin hər yerində "Qarabağ Azərbaycandır!” sədasını eşidirik. Bu, torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Yeni Azərbaycan Partiyası olaraq, bu ideyanın gerçəkləşdirilməsi üçün addımlar atırıq. Yollarda Bakı Nəqliyyat Agentliyi ilə birlikdə bu şüarları əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər sifariş verilib. "Qarabağ Azərbaycandır!” mesajı cəmiyyətin milli birliyini və vətəndaş həmrəyliyini təmin edən ən mühüm ideyalardan biridir. Bu baxımdan, "Qarabağ Azərbaycandır!” ideyası böyük bir hərəkata çevriləcək. Bu ideyanın ətrafında cəmiyyətimizin üzvlərinin fəal şəkildə birləşməsi bunu deməyə əsas verir.

Baş Nazirin müavini vurğulayıb ki, Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesinin normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir.

"Dəyirmi masa”da çıxış edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, deputat Bəxtiyar Əliyev, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, deputat Fəzail İbrahimli, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Elman Nəsirov, politoloq Mübariz Əhmədoğlu və digərləri Prezident İlham Əliyevin bəyanatının tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu baxımdan, "Qarabağ Azərbaycandır!” hərəkatının yaradılması sosial sifarişə çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video