Alternative content

09:56 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Türkmənistanın milli bayramı qeyd edilib
Bakıda Türkmənistanın milli bayramı qeyd edilib
ANA SƏHİFƏ / SİYASƏT
21:27 10.10.2019

Oktyabrın 10-da Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Türkmənistanın ölkəmizdəki səfiri Məkan İşanquliyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.

Azərbaycan-Türkmənistan əlaqələrindən bəhs edən diplomat deyib ki, qarşılıqlı münasibətlər bir çox sahələri əhatə edir. Səfir iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Hökuməti adından Türkmənistan xalqını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirib ki, 28 illik müstəqilliyi dövründə Türkmənistan böyük uğurlara imza atıb. Türkmənistan Mərkəzi Asiyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib.

"Dost ölkə olaraq biz sevinirik ki, Türkmənistan inkişaf edir, güclənir”,- deyən Baş Nazirin müavini Azərbaycan ilə Türkmənistan arasında yüksək səviyyəli əlaqələrin olduğunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında tarixən dostluq münasibətləri olub. Bu gün iqtisadi və siyasi sahələrdə əlaqələrimiz daha da genişlənir.

Prezident İlham Əliyevin hazırda Türkmənistanda işgüzar səfərdə olduğunu diqqətə çatdıran Əli Əhmədov ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM