10 Oktyabr 2019 21:26
453
İQTİSADİYYAT
A- A+

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib


Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Şahin Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq əməkdaşlığımızın uğurla inkişaf etdiyini, ölkələrimiz arasındakı əlaqələrin strateji səviyyədə olduğunu deyib.

Qeyd edilib ki, dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm tərəfdaşlığın daha da dərinləşməsini şərtləndirən əsas amillərdir.

Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın əlverişli platforma olduğunu diqqətə çatdırıb, bu ilin sentyabrında Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın iştirakı ilə Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb. Qeyd edilib ki, Komissiyanın iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbul edilməsi iqtisadi-ticarət münasibətlərimizin inkişafına, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəkdir.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, əldə olunan nailiyyətlər barədə məlumat verib.

Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sənaye sahəsində də sıx əlaqələr mövcuddur və Azərbaycan müəssisələri Türkiyənin sənayenin innovativ üsullarla inkişafında zəngin təcrübəsindən yararlana bilərlər. Sumqayıt Kimya Sənaye Parkının təşkilində artıq Türkiyə təcrübəsindən istifadə edilib.

Nazir qida, əczaçılıq, yüngül sənaye, maşınqayırma, texniki avadanlıq istehsalı və s. istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb və hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət edib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdede Azərbaycan-Türkiyə iqtisadi-ticarət, investisiya əməkdaşlığının uğurlu inkişafını vurğulayıb, sənaye sahəsində əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə sənayenin müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, oktyabrın 14-15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Toplantısı çərçivəsində biznes forumun təşkili barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video