Alternative content

09:56 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın və Avstriyanın Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələr mövcuddur
Azərbaycanın və Avstriyanın Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələr mövcuddur
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:59 10.10.2019

Oktyabrın 10-da Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, geniş potensiala malik ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini xatırladan Daxili İşlər naziri onlara ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi, ictimai qaydanın qorunması, həmçinin DİN-in əsas hüquq və vəzifələri, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini barədə məlumat verib.

Azərbaycan-Avstriya münasibətləri barədə danışan nazir V.Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini qeyd edib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin analoji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran Vilayət Eyvazov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi vurğulayıb.

Andreas Rayxhardt səmimi görüşə və ətraflı məlumata görə minnətdarlıq edərək, ölkəmizin sürətli inkişafından, Bakının dünyanın ən gözəl və ən təhlükəsiz şəhərlərindən biri olmasından, burada özünü çox rahat və təhlükəsiz hiss etməsindən məmnunluğunu ifadə edib. O, bütün sahələrdə, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqi, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini nəzərə çatdıraraq ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfələrini verəcəyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Avstriyanın Azərbaycandakı, ölkəmizin isə Avstriyadakı fövqəladə və səlahiyyətli səfirləri - Bernd Bayerl və Qalib İsrafilov görüşdə iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM