Alternative content

09:52 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qobu Park-2” yaşayış kompleksi üçün ilk püşkatma keçirilib
“Qobu Park-2” yaşayış kompleksi üçün ilk püşkatma keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:54 10.10.2019

Bakının Qaradağ rayonunda salınan və oktyabrın 8-də rəsmi açılışı olan "Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kompleksdəki tam təmirli mənzillərə paytaxtın müxtəlif ərazilərində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Bu məqsədlə oktyabrın 10-da Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri, KİV təmsilçiləri, ictimai fəallar iştirak ediblər.

Tədbirdə məcburi köçkünlərin mənzil-məişət probleminin həlli istiqamətində dövlətimizin gördüyü işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə həssaslıqla yanaşır.

Bu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub və müraciətlərini dinləyib. Birinci vitse-prezident yataqxanaya gəlişinin buradakı məcburi köçkünlərin yaşayış probleminin həll olunması məqsədi daşıdığını bildirib və onların çox qısa zamanda normal ev şəraiti ilə təmin olunacaqlarını deyib.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, "Qobu Park-2” yaşayış kompleksində hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Püşkatma mərasimində iştirak edən məcburi köçkünlər bundan sonra hər cür şəraiti olan, yeni və rahat mənzillərdə yaşayacaqları üçün çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təməli ötən ilin sentyabrında qoyulan "Qobu Park-2” yaşayış kompleksində, ümumilikdə, 10 mərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub. Kompleksin ərazisində inşa olunan məktəb binası 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb. 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var. Sifarişçisi "Paşa Holding”, podratçısı isə "Kristal Abşeron” MTK olan kompleksdə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Buradakı mənzillərdən 120 ədədi - 1 otaqlı, 472 ədədi - 2 otaqlı, 528 ədədi 3 otaqlı və 180 ədədi 4 otaqlıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM