10 Oktyabr 2019 17:57
584
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Avstriyanın nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığının hazırkı vəziyyəti müzakirə olunub


Azərbaycanla Avstriya arasında nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 10-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Avstriya Parlamentinin Ətraf Mühit Komitəsinin sədri Yohannes Şmukenşlaqer, parlamentin Turizm Komitəsinin sədri Qerald Hauzer, Aşağı Palatasının üzvü, Avstriya Xalq Partiyasının Aşağı Avstriya Federal Torpağı üzrə Gənclər Təşkilatının sədri Bernhard Haynrayxberqer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Azərbaycan və Avstriya tərəfindən həmsədrləri və Avstriyanın "TÜV Austria”, "Frequentis”, "Rail Cargo Austria AG”, "Tachograph INTELLIC” şirkətlərinin nümayəndələri iştirak ediblər.

Görüşdə iki ölkə arasında nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, eyni zamanda, Avstriya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video