Alternative content

14:06 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
17:31 10.10.2019

Oktyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov ilə görüşüblər.

AZƏRTAC-ın məlumatına görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verir. O, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətdə atılan addımlardan danışaraq qeyd edib ki, qanunvericilik orqanları arasında da çox sıx əlaqələr mövcuddur. Parlament komitələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz töhfəsini verirlər. Eyni zamanda, deputatlarımız beynəlxalq təşkilatlarda da birgə səmərəli fəaliyyət göstərirlər.

Komitə sədri ölkə Prezidenti İlham Əliyevin bu günlərdə Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izlənildiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb.

Görüşdə Əli Hüseynli Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıqdan danışıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycanda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illiyinin qeyd olunduğunu bildirib və bu Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, həmçinin Rusiyanın Avropa Şurasının Parlament Assambleyasında üzvlüyünün bərpasında Azərbaycan nümayəndə heyətinin göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə Azərbaycan və Rusiya arasında elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM