Alternative content

05:58 20 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:17 20.10.2019 Zəfərin Komandanı
01:16 20.10.2019 Prinsipial mövqe
00:50 20.10.2019 Torpağa bağlı ömür
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FHN-də Şamaxı, İsmayıllı və Ağsuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib
FHN-də Şamaxı, İsmayıllı və Ağsuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:19 10.10.2019

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında cari il fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantının keçirilməsində məqsəd baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi Sərəncam və tapşırıqların icrası üzrə ötən dövr ərzində görülmüş tədbirlərin, həmçinin işlərin qısa müddətdə yekunlaşdırılması istiqamətində qarşıya çıxan məsələlərin həlli yollarının müzakirəsi olub.

Toplantıda çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin hadisənin ertəsi günü zəlzələ zonasına getməsi, təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olması, zəlzələdən ziyan görmüş insanlarla görüşməsi və fəsadların operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi ölkə başçısının çətin vəziyyətə düşən vətəndaşlarımıza hər zaman göstərdiyi qayğının növbəti təsdiqi oldu. Odur ki, hadisədən dərhal sonra zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyəti xüsusi vurğulanmalıdır. Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər ilk gündən daimi olaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında olub. Bu isə əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə qeyd olunur.

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10 min 608 fərdi yaşayış evi müayinə olunub. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-nın təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb. Müayinələrin nəticələrinə uyğun olaraq, nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanıb, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Nazir bildirib ki, bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə qədər mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70 faizə qədəri yerli sakinlərdən ibarətdir.

Qeyd olunub ki, 2019-cu il sentyabrın 30-na qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq.

Nazirin sözlərinə görə, bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpası məqsədəuyğun hesab edilməyib. Bu səbəbdən Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binasının tikintisi qərara alınıb və hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, Ağsu rayonunda sürüşmə zonasında yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır. İsmayıllı rayonu üzrə tikinti-bərpa işləri də nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir.

Bölgədə 1203 fərdi yaşayış evində bərpa işləri başa çatıb, 423 evdə bərpa işləri davam etdirilir. Digər bərpaya ehtiyacı olan evlərlə bağlı sənədləşmə işləri başa çatmaq üzrədir və yaxın günlərdə bərpa işlərinə başlanılacaq.

Nazir xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə xeyli işlər görülüb. İlk günlərdə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilib, sosial vəziyyəti ağır olan ailələrin yaşayış-məişət problemləri araşdırılıb, müvafiq köməklik göstərilib. "Regional İnkişaf” İctimai Birliyi tərəfindən zəlzələdən zərərçəkmişlər üçün 79 yeni fərdi yaşayış evi tikilib, 15 ev əsaslı təmir edilib: "Bu gün də bölgədə Heydər Əliyev Fondu ilə əlaqələndirilmiş şəkildə fəaliyyətimiz davam edir və Fondun böyük dəstəyini hiss edirik”.

Kəmaləddin Heydərov onu da əlavə edib ki, bölgədə müayinə, bərpa və təmir işləri ilə bağlı bəzi problemlərlə qarşılaşılır. Belə ki, zəlzələnin baş verdiyi tarixdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər vətəndaşlar tərəfindən evlərinə baxış keçirilməsi barədə müraciətlər davam edir. Nazirliyin müayinə qrupları 6 ay ərzində zəlzələ bölgəsində olublar. Araşdırmalar göstərir ki, zəlzələdən sonrakı ilk aylarda daxil olan müraciətlər istisna olmaqla, digər ilkin baxış müraciətlərinin mütləq əksəriyyəti əsassız olub. Həmin evlərə baxışlar keçirilərkən onlarda zəlzələ ilə əlaqədar qüsurların olmadığı və əksəriyyətinin qənaətbəxş vəziyyətdə, bir sıra evlərin isə uzun müddət istifadəsiz olduğu müəyyən edilib. Müraciətlər çox vaxt zəlzələ ilə əlaqəsi olmayan, baxımsızlıq səbəbindən fiziki köhnəlmiş, habelə bəzi vətəndaşların özləri tərəfindən sonradan müdaxilə edilmiş evlərin, yardımçı tikililər və hasarların, yay aylarında mövsümi istifadə üçün nəzərdə tutulan tikililərin bərpası ilə bağlı olur. Buna baxmayaraq, həmin insanlar təkrar baxış üçün müraciət etməkdə davam edirlər. Belə ki, 2019-cu il sentyabrın 25-dək zəlzələ bölgəsindən nazirliyə daxil olmuş 6 minə yaxın vətəndaş müraciətinin 2511-i təkrar müraciətdir. Həmçinin 268 vətəndaşdan 4 və daha artıq müraciət daxil olub. Odur ki, ilkin baxış komissiyalarının fəaliyyəti artıq dayandırılıb və nazirlik tərəfindən zəlzələ bölgəsində müayinə işləri başa çatdırılıb. Bundan sonra işlər yalnız bu vaxta qədər tərtib edilmiş aktlar əsasında formalaşdırılmış siyahılar üzrə aparılacaq və evlərin müayinəsi üçün müraciətlərə baxılmayacaq.

Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev çıxış edərək görülən işlər barədə məlumat veriblər. Zəlzələnin fəsadlarının qısa müddətdə aradan qaldırılması üçün göstərdikləri xüsusi diqqət və qayğıya görə rayon camaatı adından ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər. Bildirilib ki, ölkə başçısının imzaladığı sərəncamlara uyğun olaraq, zəlzələ nəticəsində İsmayıllı rayonu üzrə təmirə ehtiyacı olduğu müəyyən edilmiş 458 evdən 416-da, Şamaxı rayonu üzrə 2264 evdən 501-də, Ağsu rayonu üzrə 2104 evdən 408-də təmir işləri artıq bitib. Həmçinin Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən ümumilikdə 3 məktəb, 3 uşaq bağçası və 10 tibb məntəqəsinin tikintisi nəzərdə tutulub ki, bunlardan 3 məktəb və 6 tibb məntəqəsində işlər yekunlaşıb, digər obyektlərdə isə işlər yaxın zamanlarda bitəcək. İşlərin qısa müddətdə tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

Sonra tikinti-bərpa işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri çıxış edərək görülən işlər və qarşıya çıxan məsələlər barədə toplantı iştirakçılarına məlumat veriblər.

Sonda ölkə rəhbərliyinin sərəncam və tapşırıqlarının qısa müddətdə icrasının təmin edilməsi və işlərin tezliklə sona çatdırılması məqsədilə qarşıda duran məsələlər geniş müzakirə edilib. İşlərin vaxtında başa çatdırılması üçün Kəmaləddin Heydərov nazirliyin aidiyyəti qurumlarına və podratçı təşkilatlara müvafiq tapşırıqlar verib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM