Alternative content

02:18 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Sədri Türkiyə Prezidenti ilə görüşmüşdür
Milli Məclisin Sədri Türkiyə Prezidenti ilə görüşmüşdür
ANA SƏHİFƏ / Milli Məclis
12:09 23.09.2011

 

Türkiyədə rəsmi səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədov İstanbuldakı "Tarabya" köşkündə Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür.

Azərbaycan parlamentinin sədrini və deputatlarını səmimiyyətlə qarşılayan Prezident Abdullah Gül iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirmişdir. Prezident İlham Əliyevin Türkiyəyə, Türkiyə rəhbərlərinin isə Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolunu vurğulayan Abdullah Gül bu münasibətlərin gələcəkdə də möhkəmlənəcəyinə inamını ifadə etmişdir. Bu kontekstdə parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edən Türkiyə dövlətinin başçısı qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyətini də vurğulamışdır.

Milli Məclisin Sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə Prezidenti Abdullah Gülə çatdırmışdır. O.Əsədov  parlamentlər arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, gələcəkdə birgə proqramların həyata keçiriləcəyini demişdir.

Prezident Abdullah Gül də onun salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş etmişdir.

Görüşdə beynəlxalq və regional, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara