Alternative content

11:32 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunub
Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunub
ANA SƏHİFƏ / Mədəniyyət
14:24 10.10.2019

Qobustan Milli Tarix-Bədii Qoruğunda Avropa Qayaüstü İncəsənəti Günü çərçivəsində məktəblilər üçün "Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı "Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən elan olunmuş məktəbli uşaqlar arasında "İlk avropalıların incəsənəti gələcək avropalıların gözü ilə” adlı ümumavropa rəsm müsabiqəsi də təşkil olunub.

Müsabiqədə iştirak edən məktəblilər Qobustan muzeyi və qayaüstü rəsmləri ilə tanış olmaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləmək imkanı qazanıblar. Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri məlumatlar əsasında rəsmlər çəkiblər. Müsabiqədə 6-14 yaşlı uşaqlar iştirak edib. Müsabiqənin sonunda peşəkar rəssamlar tərəfindən seçilən işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək. Seçilmiş işlər İspaniyada təşkil olunacaq sərgidə və nəşr olunacaq kataloqda öz əksini tapacaq.

Qeyd edək ki, 1902-ci il oktyabrın 9-da görkəmli fransız arxeoloqu Emil Kartailak ispan həmkarı Marcelino Sanz de Sautuolanın qızı Mariyaya yazdığı məktubda onun atası tərəfindən aşkar olunmuş Altamira mağarasındakı qayaüstü təsvirlərin qədimliyinə şübhə ilə yanaşmasının səhv olduğunu etiraf edib.

Bu münasibətlə Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun "Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən etiraf məktubunun yazıldığı 9 oktyabr tarixinin Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd olunması qərara alıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM