Alternative content

05:55 20 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:17 20.10.2019 Zəfərin Komandanı
01:16 20.10.2019 Prinsipial mövqe
00:50 20.10.2019 Torpağa bağlı ömür
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rövşən Rzayev: Bu il 6 min məcburi köçkün ailəsinə mənzillər veriləcək
Rövşən Rzayev: Bu il 6 min məcburi köçkün ailəsinə mənzillər veriləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:07 10.10.2019

Oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, komitə sədri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Qobu-Park yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.

Rövşən Rzayev qeyd edib ki, bu il 6 min məcburi köçkün ailəsinə mənzillər veriləcək. Onlardan 3700-dən çoxu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, yerdə qalanları özəl sektorun köməyi ilə tikiləcək. Bununla yanaşı, Şirvanda 685 ailəyə mənzil təqdim olunacaq, Beyləqanda 146 fərdi ev tikilib istifadəyə verilib. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək.

Komitə sədri deyib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir. Mənzillərin paylanması ilə bağlı komissiya fəaliyyət göstərir. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, uşaq bağçalarında, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Yeni mənzillərin və qəsəbələrin tikilməsi ilə əlaqədar torpaqların ayrılması üçün müraciətlər olunub.

R.Rzayev görülən əlavə tədbirlər haqqında da danışıb. Bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə müayinələr keçirilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək yarmarkaları təşkil edilib.

Qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xeyli fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Prezident İlham Əliyevin hələ 2003-cü ildə elan etdiyi kimi, qısa müddətdə bütün çadır düşərgələri ləğv edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM