Alternative content

05:52 20 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:17 20.10.2019 Zəfərin Komandanı
01:16 20.10.2019 Prinsipial mövqe
00:50 20.10.2019 Torpağa bağlı ömür
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən sizə oğul deyir
Vətən sizə oğul deyir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 10.10.2019


Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət öz bəhrəsini vermiş, ölkəmizin müdafiə qüdrəti gücləndirilmiş, modern ordu yaradılmışdır. Belə bir ordu sıralarında xidmət etməyi hər bir azərbaycanlı özünə şərəf bilir.

Düşmən ölkə ilə 16 kilometr həmsərhəd olan Ağstafa rayonunun gəncləri də həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedirlər. Çağırışçıların yola salınması da həmişə təntənəli keçirilir. Bu dəfə də belə oldu.

Növbəti yolasalma mərasiminin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev mərasimdə çıxış edərək hərbi xidmətə yola salınan gəncləri təbrik etdi, onları Vətənin müdafiəsi kimi müqəddəs bir işdə ayıq-sayıq olmağa çağırdı, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirməyi, ölkəmizin ərazi bütövlüyünü qorumağı, hərbin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi Nazim Çələbiyev çağırışçı gənclərə Vətəni qorumaq etimadını layiqincə doğrultmaq üçün onların qarşısında duran vəzifələrdən danışdı.

Valideynlər adından çıxış edən Azad Hadıyev övladını hərbi xidmətə yola salmaqdan qürur duyduğunu bildirib, bütün çağırışçılara Vətən qarşısında olan borclarını şərəflə yerinə yetirib sağ-salamat qayıtmağı arzuladı. Mərasimin sonunda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək hərbi hissələrə yola düşdülər.

S.ƏLİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM