09 Oktyabr 2019 23:48
550
SİYASƏT
A- A+

Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən "təmir-bərpası” ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistanın Şuşada Yuxarı Gövhər ağa məscidinin "təmir-bərpa”sından sonra təxribat xarakterli "açılışı”na hazırlaşdığı bildirilir. Qeyd edilir ki, bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.

Bəyanatda deyilir: "Məlum olduğu kimi, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.

Məscidin "təmir”dən sonra "açılış”ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün planlaşdırdığı növbəti ucuz bir şoudur. Ermənistan bununla dünyada özünü tarixi abidələrə "qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Ermənistan həqiqətən tarixi abidələrə bu qədər hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nəyə görə xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edir? Şuşada vaxtilə mövcud olmuş digər məscidlərin, kilsələrin və digər abidələrin izləri nəyə görə erməni vandalları tərəfindən yer üzündən silinməkdədir? Şuşanın əzəli yerli sakinləri olan azərbaycanlılar oradan qovulduqları halda, Yuxarı Gövhər ağa məscidindən kimlər istifadə edəcək?

Bizi ağrıdan həm də odur ki, erməni qəsbkarları xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişərək, məscidi "fars məscidi” kimi qələmə verməyə çalışırlar. Bu, bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini "fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Bu, həm də bir daha Ermənistanın saxta tolerant ölkə olduğunu göstərir.

Mətbuatda yer alan məlumata görə, Yuxarı Gövhər ağa məscidinin "təmir-bərpa” işləri İranın "Part Saman Cahan” şirkəti tərəfindən aparılır. Bu, biz məcburi köçkünləri məyus edir. Biz bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına və ümumən Azərbaycan xalqına qarşı sayğısızlıq kimi dəyərləndiririk. Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edirik ki, öz yurdumuza qayıtdıqdan sonra görəcəyimiz ən birinci iş məhz mədəni, tarixi və dini abidələrimizi bərpa etmək olacaq. Həmin günün uzaqda olmadığına əminik.

Münaqişənin yeganə həlli yolu Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri qayıtması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video