09 Oktyabr 2019 18:34
453
SİYASƏT
A- A+

Ağcabədidə çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınıblar


Ağcabədidə çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 9-da Ağcabədi rayonunda təntənə ilə keçirilən yolasalma mərasimində Xidmətin rayon şöbəsinin şəxsi heyəti, icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etmək gücündə olduğu diqqətə çatdırılıb.

SHXÇDX-nin Ağcabədi Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Ramil İsmayılov hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edərək onlara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmələrini və hərbi bilikləri mükəmməl öyrənməyi tövsiyə edib.

Çağırışçı Fərid Hüseynovun babası Ədalət Hüseynovun çıxışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, nəvəsini və hərbi xidmətə yollanan gəncləri təbrik edərək bu günün onlar üçün əlamətdar olduğunu vurğulayıb, çağırışçılara nümunəvi xidmət etməyi, Azərbaycan əsgəri adını şərəflə daşımağı arzulayıb.

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağcabədi rayon filialının sədri İsmayıl Məhərrəmov xalqımızın qəhrəmanlıq ənənələrindən danışıb, hərbi xidmətə yola düşən gənclərə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş vətən övladlarından nümunə götürməyi tövsiyə edib.

Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Fərid Xankişiyev Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduqlarını bildirib.

Mərasimin sonunda gənclər Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video