09 Oktyabr 2019 18:14
544
DÜNYA
A- A+

Pelosi Ağ evi impiçment təhqiqatına maneçilikdə ittiham etdi

Ağ evin ABŞ Prezidenti Donald Tramp barəsində impiçment proseduru çərçivəsində əməkdaşlıqdan imtina etməsi təhqiqata maneçilik hesab olunacaq. Bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirmişdir. O, bəyanatında əməkdaşlıqdan imtina ilə bağlı Ağ evin hüquqşünasının məktubunu "faktları və sübutları qanunsuz gizlətmək cəhdi” kimi qiymətləndirmiş və xatırlatmışdır ki, Tramp qanundan üstün deyil.

Məlum olıduğu kimi, bir müddət əvvəl Konqresdə Tramp barəsində impiçment proseduru başlamışdır. İddiaya görə, ABŞ lideri şəxsi siyasi məqsədləri güdərək Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq göstərmişdir. Həm Tramp, həm də Zelenski təzyiq faktını təkzib edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video