Alternative content

14:11 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanla İran arasında əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb
Azərbaycanla İran arasında əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:50 09.10.2019
Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələr daim inkişaf edir, eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi diqqətdə saxlanılır.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tehranda İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşündə vurğulanıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin və qarşılıqlı rəsmi səfərlərin Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə səbəb olduğu vurğulanıb. Azərbaycan və İran prezidentləri arasında son 5 ildə 12 görüş keçirildiyi, demək olar ki, hər il qarşılıqlı səfərlər etdikləri bildirilib. Ölkələrimizin ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığının inkişafından bəhs olunub. Bu sahədə müsbət göstəricilərdən biri olaraq, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 74 faiz artdığı qeyd edilib.

Eyni zamanda, investisiya əməkdaşlığının genişləndiyi, Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyasının əlaqələrin inkişafında uğurlu fəaliyyəti vurğulanıb. Komissiyanın aidiyyəti istiqamətlərdə iki ölkənin qarşılıqlı faydalı əlaqələrinin genişlənməsi üçün apardığı mühüm işlər qeyd edilib, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalandığı vurğulanıb.

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri, sosial sahədə aparılan genişmiqyaslı islahatlar diqqətə çatdırılıb. Sosial islahatlar prosesində ayrı-ayrı ölkələrlə, həmçinin İranla fəal təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsinə önəmli töhfələr verəcəyi vurğulanıb.

Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə, habelə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM