Alternative content

05:59 20 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:17 20.10.2019 Zəfərin Komandanı
01:16 20.10.2019 Prinsipial mövqe
00:50 20.10.2019 Torpağa bağlı ömür
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarici İşlər Nazirliyində keçirilən görüşdə Azərbaycan-ABŞ əməkdaşlığına dair müzakirələr aparılıb
Xarici İşlər Nazirliyində keçirilən görüşdə Azərbaycan-ABŞ əməkdaşlığına dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / SİYASƏT
16:36 09.10.2019

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Nadir Hüseynov ölkəmizdə işgüzar səfərdə olan Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin direktor müavini xanım Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə, həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və Azərbaycan Xarici İşlər Nazirliyinin Konsuluq idarəsinin rəisi səfir Faiq Bağırov iştirak ediblər.

Görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahələrində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nazir müavini Nadir Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM