09 Oktyabr 2019 14:01
455
CƏMİYYƏT
A- A+

Bakı Polisi: Paytaxtın mərkəzində keçirilən piket kütləvi hüquq pozuntuları ilə müşayiət olunub

Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, piket iştirakçıları qanunun tələblərini pozmaqla yanaşı, razılaşdırılan xüsusatlardan kənar, "piketə dəstək” adı altında qanunsuz çağırışlar etməklə daha çox tərəfdarın cəlb olunmasına çalışıblar. Nəticədə sıxlığın, gediş-gəlişin, nəqliyyat axınının intensiv olduğu mərkəzi küçələrdə qeydə alınan hüquqazidd əməllər hərəkətin iflic olmasına səbəb olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaradıb. Ətrafdakı insanlara qarşı kobudluq və polisi qarşıdurmaya çəkmə cəhdləri baş verib.

Baş verənlər, qeydə alınanlarla yanaşı, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin tullantı qutuları dağıdılıb, antisanitariya normaları pozulub. Küçə yürüşünə cəhd zamanı müşahidə olunanlar onu deməyə əsas verir ki, təşkilatçılar "piketə dəstək” adı altında qanunsuz çağırışları ilə iştirakçıların hüquqazidd əməllərinə zəmin yaradıblar. Bu əməllər onunla nəticələnib ki, iştirakçılar paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə acınacaqlı durum yaradıblar.

Piket iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunvericiliyə müvafiq olaraq peşəkarlıqla yerinə yetiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video